"Kəpəz" klubu Antalyada hazırlıq keçəcək
Bakı, 28 dekabr, AZƏRTAC
Gəncənin “Kəpəz” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-dək orada məşq edəcəklər.
Sonra komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Baş məşqçi Tərlan Əhmədovun yetirmələri yanvarın 7-19-da Antalyada hazırlıq keçəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]