"Ulduz Cup" beynəlxalq turnirinin ilk günündə altı oyun keçirilib
Quba, 26 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada 12 yaşadək futbolçular arasında keçirilən II "Ulduz Cup" beynəlxalq turnirinin ilk gününün nəticələri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Sabah” (Azərbaycan) “Paxtakor”a (Özbəkistan) 0:1 hesabı ilə məğlub olub. “Neftçi” (Azərbaycan) “Şaxtyor Karaqanda” (Qazaxıstan) ilə 1:1 hesablı heç-heçə edib. “Qarabağ” (Azərbaycan) “Dinamo Tbilisi”yə (Gürcüstan) 0:2 hesabı ilə uduzub. “İstanbul Başakşəhər” (Türkiyə) isə “Bunyodkor”u (Özbəkistan) 2:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalarda “Ulduz” FA (Azərbaycan) “Trabzonspor məktəbi”nə (Türkiyə) 0:2, “Aspire Akademiyası” (Qətər) isə SDYUŞOR-a (Qırğızıstan) 0:2 hesabı ilə məğlub olub.
Turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. "A" qrupunda “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər), "B" qrupunda “Qarabağ” FK (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” FK (Türkiyə), “Bunyodkor”(Özbəkistan), "C" qrupunda “Sabah” FK (Azərbaycan), “Paxtakor” FK (Özbəkistan), “Neftçi” PFK (Azərbaycan), “Şaxtyor Karaqanda” (Qazaxıstan) qüvvəsini sınayır. Turnirin final görüşü avqustun 28-də baş tutacaq.
Turnirin oyunları Gənclər və İdman Nazirliyinin “YouTube” kanalında canlı yayımlanır.