"Woman Bazaar” – Dayanıqlı İnkişaf Festivalı keçiriləcək
Bakı, 20 iyul, AZƏRTAC
“PAŞA Holding”in dəstəyi ilə “Gender Hub Azerbaijan” sosial platforması tərəfindən "Woman Bazaar” - Dayanıqlı İnkişaf Festivalı yenidən baş tutacaq.
“Gender Hub Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, üçüncü dəfə həyata keçiriləcək festival 14-40 yaş aralığında olan 80 qadın sahibkarın fəaliyyətini dəstəkləməyi hədəfləyir. Festival daha əvvəl keçirilmiş festivallardan fərqli olaraq bu dəfə 3 ayı - avqust, sentyabr, oktyabr və 3 mərhələni - "Təlim", "Festival günləri", "Mentorluq" əhatə edir.
Layihə ilə bağlı poster və elanı buradan əldə edə bilərsiniz.