ABŞ-dakı aktiv qazma qurğularının sayı 470-ə çatıb
Bakı, 19 iyun, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 9 ədəd artaraq 470 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 204 ədəd artıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 8 ədəd artaraq 373 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 184 ədəd artım qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd artaraq 97 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 22 ədəd artıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma - 244-ə düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]