ABŞ DEMOKRATİYANIN İNKİŞAFINDAAZƏRBAYCANA KÖMƏK EDƏCƏKDİR
-Mən başa düşürəm ki, bu hesabat Azərbaycanda oktyabr seçkilərindən sonra baş vermiş hadisələrdən sonrakı həbslərlə bağlıdır. Lakin hesabatla tam tanış olmayınca, onun barəsində mühakimə yürütmək istəməzdim. Ancaq bunu deyərdim ki, keçən ilin oktyabr ayında saxlanılan, həbs olunmuş şəxslərlə bağlı Azərbaycan hökumətinin 10 adamı azad etməsindən və 90 adamın işinin yaxın vaxtda məhkəmə prosedurasına daxil olmasına dair verdiyi təminatdan məmnunam. Bu addım Azərbaycan hökumətinin ədalətli məhkəmə prosesi təşkil etmək, adamların qanunauyğun surətdə tam müdafiəsini təmin etmək barədə verdiyi bəyanatlara uyğundur.
Mən 160 adamın əvf olunmasına dair dekabrın 29-da Azərbaycan Prezidentinin imzaladığı Fərmanı da müsbət addım kimi qiymətləndirirəm. Biz bu iki ruhlandırıcı faktdan çıxış edərək, demokratik islahatları sürətləndirmək işində hökumətə və cəmiyyətin bütün təbəqələrinə kömək etmək istərdik. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində də Azərbaycanda müasir demokratik dövlət quruculuğu barədə danışmışdır. Biz bu məqsədə nail olmaqda ona və bütün Azərbaycan xalqına kömək etmək istəyirik.