ABŞ-ın iri neft xidməti şirkəti kiberhücuma məruz qalıb
Bakı, 22 avqust, AZƏRTAC
Birləşmiş Ştatların ən böyük neft xidməti şirkəti “Halliburton” kiberhücuma məruz qalıb.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “Halliburton” problemin səbəb və nəticələrinin müəyyənləşdirilməsi üzərində işlədiyini bildirib.
Texas ştatının Hyuston şəhərində yerləşən “Halliburton” dünyanın əsas enerji istehsalçılarına qazma xidmətləri və avadanlıqlar təqdim edən ən böyük qlobal neft-mədən xidmətləri şirkətlərindən biridir. Ötən ilin sonunda burada 48 minə yaxın insan işlə təmin olunub.
Kiberhücumlar enerji sənayesi üçün böyük başağrısına çevrilib. 2021-ci ildə hakerlər “Colonial Pipeline” yanacaq nəqli xəttinə hücum ediblər və kiberhücum əsas təchizat boru kəmərinin bir neçə gün bağlanmasına səbəb olub. Daha sonra şirkət hakerlərin tələb etdiyi 4,4 milyon dolları ödəyib, çünki onun rəhbərləri nəql sistemlərinin hansı ciddi dərəcədə sındırıldığına və ya boru kəmərinin bərpasının nə qədər vaxt aparacağına əmin deyildilər.
FTB-nin “DarkSide” haker bandasına aid etdiyi kiberhücum benzinin qiymətlərinin sürətlə artmasına, yanacaq məntəqələrində təlaşa və bəzi yerlərdə çatışmazlığa səbəb olub.
Son illərdə ABŞ-ın bir neçə böyük şirkəti, o cümlədən “UnitedHealth Group”, habelə istehlak məhsulları istehsalçısı “Clorox” da hakerlərin hədəfində olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
- 13.06.2026 [05:44]
Dünyanın ən təhlükəli 7 vulkanı
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]