ABŞ-ın neft ehtiyatları kəskin artıb
Bakı, 4 mart, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları artır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 21,6 milyon barrel (4,7 faiz) artaraq 484,6 milyon barrel olub. Bu, 1982-ci ildən bəri ən böyük həftəlik artımdır. Bazar proqnozları isə ehtiyatların 1,9 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,3 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 637,8 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 13,6 milyon barrel (5,3 faiz) azalaraq 243,5 milyon barrel təşkil edib. Bu, tarixi azalmadır. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə dəyişməmişdi.
Son onilliklərdəki ən soyuq qışlarından birini yaşayan, böyük məhdudiyyətlərə və neftayırma zavodlarının istehsalını dayandırmasına səbəb olan Texasda neft hasilatının 65 faizə qədər düşməsi fonunda ehtiyatlardakı bu gözlənilməz artım və azalmalar baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]