ABŞ ÖZBƏKİSTANA ƏMƏKDAŞLIQ TƏKLİF EDİR
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistana ikigünlük işgüzar səfərə gəlmiş və Prezident İslam Kərimovla danışıqlar aparmış ABŞ dövlət katibinin köməkçisi Riçard Bauçer “Fərqanə.Ru” agentliyinə müsahibəsində bildirmişdir. Amerika diplomatı demişdir: “Bəlkə də, Əndican hadisələrində və insan hüquqlarına riayət edilməsi məsələlərində fikir ayrılığımız var, lakin buna baxmayaraq, gələcək əməkdaşlığımız üçün əsas yaradıb, bu məsələləri müzakirə edə bilərik”.
Bauçer demişdir: “ABŞ Özbəkistanın müstəqilliyini möhkəmləndirmək üçün bu ölkə ilə əməkdaşlıq imkanları axtarır. Biz anlayırıq ki, Özbəkistan Rusiya, Çin kimi qonşu ölkələrlə, Avropa ölkələri və başqaları ilə münasibətlər saxlayacaqdır. Lakin ümidvarıq ki, Özbəkistana başqa imkanlar tapmaqda, yaxud ayrı seçim etməkdə köməkçi ola bilərik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]