ABŞ SƏFİRLİYİ DEMOKRATİYA KOMİSSİYASININ KİÇİK QRANTLAR PROQRAMI ÜZRƏ MÜSABİQƏNİN PAYIZ MƏRHƏLƏSİNİ ELAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramı üzrə müsabiqənin 2005-ci il payız mərhələsinin başlanmasını elan edir.
Proqram üzrə layihə təklifləri dekabrın 1-dən 27-dək qəbul olunacaqdır. Müsabiqəyə elm, təhsil, səhiyyə və hüquq mühafizə orqanları, eləcə də Azərbaycanın kütləvi informasiya vasitələrində ABŞ siyasətinə, ABŞ-Azərbaycan münasibətlərinə, beynəlxalq münasibətlərə dair silsilə məqalələr, şərhlər, mövzular və digər layihələr təqdim edilə bilər.