ABŞ VƏ QIRĞIZISTAN DİPLOMATİK QALMAQALI HƏLL ETDİLƏR
Cekşenkulov demişdir: “Qırğızıstan ilə ABŞ arasında iyulda baş verən diplomatik qalmaqal artıq bitdi. Görüş zamanı cənab Bauçer əmin etdi ki, Amerika tərəfi bundan sonra heç bir cavab tədbiri görməyəcəkdir”.
Xəbər verildiyi kimi, bir ay əvvəl Qırğızıstan XİN iki amerikalı diplomatı arzuolunmaz şəxs elan etmişdi. XİN-in məlumatına görə, onlar yerli qeyri-hökumət təşkilatlarının liderləri ilə “qeyri-münasib əlaqə saxlamaqda” ifşa olunmuşdular. Bir müddətdən sonra Vaşinqton Qırğızıstan tərəfinin bu qərarına müvafiq cavab vermiş, Qırğızıstan səfirliyinin iki işçisi Birləşmiş Ştatdan çıxarılmışdı.
Moskvanın “Kommersant” qəzetinin yazdığına görə, Bauçerin Qırğızıstan rəhbərliyi ilə bütün danışıqları bağlı qapı arxasında aparılmışdır. Bauçer görüşlərin yekunları və Bişkek yaxınlığındakı Piter Hansi aviasiya bazasının müqəddəratı barədə jurnalistlərin suallarına cavab verərək bildirmişdir ki, tərəflər “antiterror koalisiyasının əməliyyatları üçün aviabazadan bundan sonra da istifadə edilməsi haqqında razılığa gəlmişlər. ABŞ keçən ay bağlanmış saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]