ABŞ Yunanıstan adalarında yeni hərbi bazalar yaratmaq imkanını nəzərdən keçirir
Bakı, 3 avqust, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr palatası Milli büdcə haqqında qanun layihəsinə düzəliş qəbul edib. Bu düzəliş Yunanıstan adalarında ABŞ hərbi bazalarının yaradılması imkanının nəzərdən keçirilməyə çağırır. Bu barədə Yunanıstanın “Parapolitika” qəzeti məlumat yayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, düzəliş müdafiə naziri və Dövlət katibini ABŞ-ın Yunanıstanda hərbi mövcudluğunu genişləndirmək üçün mövcud imkanları birgə araşdırmağa, adalara xüsusi diqqət yetirməyə çağırır. Senat artıq öz qanun layihəsinə səs verib və indi iki qanunverici orqan Prezident Co Baydenə göndəriləcək yekun mətnin formalaşdırılması üçün danışıqlar aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]