“Abşeron”un voleybolçusu: İrəlidə bizi daha çətin oyunlar gözləyir
Bakı, 17 yanvar, AZƏRTAC
"İrəlidə bizi daha çətin oyunlar gözləyir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət "Abşeron" klubunun oyunçusu Ülkər Kərimova Yüksək Liqanın IX turunda səfərdə "Gəncə"yə 3:2 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən deyib.
Təcrübəli voleybolçu qışdan sonra komandada dəyişikliyin olmasının oyunlarına təsir etdiyini bildirib: “Ötən tur debütant “Milli Aviasiya Akademiyası”na məğlub olduq. Dünən isə ilk səfər qarşılaşmasında “Gəncə”yə qalib gəldik. Komandama güvənirəm. Qarşıdakı matçlarda daha güclü mübarizə aparacağıq. Kollektivdə əhval-ruhiyyə yaxşıdır”.
Ü. Kərimova növbəti turda son çempion “Azərreyl” komandasına qarşı keçirəcəkləri oyunla bağlı da danışıb: “Azərreyl” qızıl medallar uğrunda mübarizə aparan komandadır. İndi fiziki və mənəvi olaraq bu oyuna köklənməliyik”.
Qeyd edək ki, turnir cədvəlinə 22 xalla “Azərreyl” başçılıq edir. “Murov Az Terminal” 20 xalla 2-ci, eyni xala malik “Abşeron” 3-cü, 13 xalla “Gəncə” 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]