ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Bakı, 6 iyun , AZƏRTAC
İyunun 5-dən Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən AZƏRTAC-a bildirilib ki, gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 faiz doluluqla (530 sərnişin) yola düşüb.
Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.
Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]