AFFA-nın icraçı vitse-prezidenti Masallıda şəhid övladı ilə görüşüb
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, məşqçilər tədbirdə iştirak edən “Qala 95” komandasının üzvü Ayxan Əzizovun şəhid övladı olduğu barədə məlumat veriblər.
İcraçı vitse-prezident Ayxan Əzizovla görüşüb, ona futbol karyerasında uğurlar arzulayıb, peşəkar futbolçu olmaq istəyərsə, AFFA-nın dəstəyinə əmin ola biləcəyini deyib.
Qeyd edək ki, Ayxan Əzizov İkinci Qarabağ müharibəsində Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə həlak olmuş, ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir, tank komandiri Elvin Əzizovun övladıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]