AFİNADA POLİSLƏ GƏNCLƏR QRUPLAŞMALARI ARASINDA TOQQUŞMALAR BAŞ VERMİŞDİR
Yunanıstan dövlət televiziyasının məlumatına görə, iğtişaşlar Pandion Universitetinin ərazisində başlanmışdır. Keçmiş Mətbuat Nazirliyi İnformasiya baş katibliyinin bu günlərdə universitetin bilavasitə yaxınlığında tikilmiş çoxmərtəbəli binası iğtişaşlar üçün formal bəhanə olmuşdur.
Gecə çoxsaylı gənclər qruplaşmaları qanuna görə polisin girişi qadağan olunan universitetin ərazisindən binaya basqınlar etmişlər. Nazirliyin binasına cüzi ziyan dəymiş, lakin basqınçılar onu davakar şüarlarla “bəzəmişlər”.
Polis gözyaşardıcı qazdan istifadə edərək, xuliqanları geriyə, universitetin ərazisinə qovmağa çalışmışdır.
Bunun cavabında polislərə “Molotov kokteyli” ilə dolu butulkalar yağdırılmış, partlayışlardan ətraf əraziyə xeyli zərər dəymişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]