Ağacın dibi betondan təmizlənib
Bakı, 29 iyul, AZƏRTAC
Paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat yerində araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ünvanda tikinti işləri aparan “İNV” MTK tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib. Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan göstəriş verilib.
“Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər”, - deyə R.Bağırov qeyd edib.