Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub

Şahbuz, 5 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Şahbuz rayonunun Ağbulaq kəndində kənd turizm-istirahət bölgəsinin yaradılması istiqamətində tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək deyib: Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında məqsəd muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə digər kəndlərdə də tətbiq etməkdən ibarətdir. Bu gün dünyanın bir çox ölkələrində təmiz ekoloji şəraiti olan, flora və fauna ehtiyatının qorunduğu yerlərdə turizm bölgələri yaradılır. Muxtar respublikada da turizm bölgələrinin yaradılması üçün yerlər mövcuddur. Həmin yerlər içərisində ən əlverişlisi isə Ağbulaq kəndidir. Ona görə də Ağbulaqda turizm bölgəsinin yaradılması sahəsində tədbirlər görülmüş, kənd abadlaşdırılmış, müasir infrastruktur yaradılmış və kənddəki 65 ev yenidən qurularaq müasir şəraitlə təmin edilmişdir. Artıq Ağbulaq kəndi turizm istirahət bölgəsi kimi fəaliyyət göstərməyə hazırdır.

Ali Məclisin Sədri deyib: Ağbulaq kəndində ilin bütün fəsillərində turizmi inkişaf etdirmək mümkündür. Təbiəti, havası və müasir infrastrukturu kənddə istər yaz, yay və payız, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar açır. Qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq kənddə dağ-xizək mərkəzinin qurulmasına başlanılmışdır. Turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıdacaqdır. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi internet vasitəsilə turistlərə təqdim olunacaqdır. Turistlərin Ağbulaq kəndinə gəlməsi isə turizmin canlanmasına və ölkəmizin inkişafına töhfə verəcəkdir.

Ali Məclisin Sədri deyib: Dünyanın bir çox ölkələrində turizmin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanda da turizmin inkişafı sahəsində tədbirlər görülür. Bu sahə ilə bağlı dövlət proqramı qəbul olunub və müvafiq qurum yaradılıb. Bu gün Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası da turizm üçün çox əlverişlidir. Ona görə də muxtar respublikada mövcud imkanlardan səmərəli istifadə olunur, turizm bölgələri yaradılır və kəndlər abadlaşdırılır. Ağbulaq kəndində həm ekoloji və dağ, həm də kənd turizminin inkişafı üçün geniş imkanlar vardır. Vaxtilə kənddə Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilmişdir. Bu il də kənddə turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər davam etdirilmiş, 1 milyon 500 min manat dəyərində yenidənqurma işləri aparılmış və kəndin siması tamamilə dəyişilmişdir.

Ali Məclisin Sədri aidiyyəti təşkilatlara tapşırıqlar verərək deyib: Şahbuz Rayon İcra Hakimiyyəti Ağbulaq kəndində ailə təsərrüfatlarının inkişafını və ekoloji təmiz ərzaq məhsullarının yetişdirilməsini təmin etməli, bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılmalı, ailə təsərrüfatlarına dövlət dəstəyi göstərilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilin bütün fəsillərində 1500 hektar əraziyə malik olan Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təbiətinin, flora və faunasının qorunması sahəsində tədbirlər görməli, yaşıllaşdırma işləri aparmalı və bu zaman yerli sortlardan istifadəyə üstünlük verməlidir. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi turizm istirahət bölgəsinin torpaq ehtiyatlarını qorumalı və səmərəli istifadəsini təmin etməli, qanunsuz tikintilərin qarşısı alınmalı, bütün tikintilər layihə əsasında aparılmalı və pasportlaşdırılmalıdır. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və internet üzərindən tanıdılması sahəsində tədbirlər görməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aid təşkilatlarla birlikdə qarşıya qoyulan vəzifələrin icrasını vaxtında başa çatdırmalıdır.

Ali Məclisin Sədri deyib: Ağbulaq kəndi telefonlaşdırılıb, sürətli internetlə təmin edilib, təbii qaz və elektrik enerjisinin daimi verilişi təmin olunub və xidmət sahələri yaradılıb. Mövcud imkanlar və əhalinin maarifləndirilməsi kənddə turizmin inkişafına səbəb olacaqdır. Aid təşkilatlar əhalini maarifləndirməli, turizm bölgəsinin mahiyyəti izah olunmalıdır. Çünki Ağbulaq kəndinin turizm istirahət bölgəsinə çevrilməsində bir məqsəd də dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən bu ərazidə sakinlərin yaşayış səviyyəsini yaxşılaşdırmaqdan, onların məşğulluğunu təmin etməkdən və məskunlaşmanı artırmaqdan ibarətdir. Turizmin inkişafı kənddə insanların həyat səviyyəsini daha da yüksəldəcəkdir. Ona görə də yaradılanlar qorunmalı, kəndin abadlaşdırılması və turizmin inkişafı sahəsində görülən işlər bundan sonra da davam etdirilməlidir.

Ali Məclisin Sədri kəndin turizm potensialından səmərəli istifadə olunacağına əminliyini bildirib, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında əməyi olanlara təşəkkür edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək deyib ki, Ağbulaq kəndində kompleks quruculuq işlərinə 2013-cü ildən başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2018-ci ilin aprel ayından kənddə yenidənqurma və abadlıq işlərinə başlanılıb. Evlərdə və yardımçı binalarda əsaslı təmir və yenidənqurma işləri aparılıb, kəndin elektrik təchizatı sistemi yenidən qurulub.

Ağbulaq kənd sakini Vidadi Məmmədov deyib: Bu gün muxtar respublikada quruculuq işlərinin geniş vüsət alması, kəndlərin abadlaşması Ağbulaq kənd sakinlərini də ürəkdən sevindirir. 2013-cü ildə Ağbulaq kəndində müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilib. Bu il isə hər bir kənd sakininin evində yenidənqurma işləri aparıldı, həyətlərimiz abadlaşdı, yeni təsərrüfat binaları tikildi. Artıq kəndimiz turizm bölgəsinə çevrilib. Kəndimizdə istifadəyə verilən istirahət mərkəzi, məktəb binası, kənd və xidmət mərkəzləri, yollarımızın müasir səviyyədə yenidən qurularaq asfaltlanması, internetdən istifadə hər bir kənd sakinini qürurlandırır. Vidadi Məmmədov yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlıq edib.

Kənd ziyalısı Mirhəsən Tahirov deyib: Muxtar respublikanın bütün rayonları kimi, Şahbuz rayonu da inkişaf dövrünü yaşayır. Ağbulaq kəndində yaradılan şərait həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Ali Məclis Sədrinin Ağbulaq kəndinə hər gəlişini sakinlər minnətdarlıq və sevinclə qarşılayır, həmin günü əlamətdar tarix kimi daim xatırlayırlar. Aparılan quruculuq işləri Ağbulaq kəndinin simasını əsaslı surətdə dəyişib. Bu gün kəndimiz şəhər təəssüratı yaradan qəsəbəyə çevrilib. Sakinlər yaradılan şəraitdən səmərəli istifadə edəcək, tikilənləri, qurulanları qoruyacaq, kənddə turizmin inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mais Əliyev, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə, Turizm Departamentinin direktoru Əkbər Novruzov, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Baxşıyev Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması sahəsində görülən işlərlə bağlı məlumat veriblər.

Ali Məclisin Sədri Naxçıvan-Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi turist marşrutunun xəritəsinə baxıb. Bildirilib ki, turist marşrutu turistlərin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə rahat gedişini təmin edəcəkdir.

Kənddə görülən işlərlə tanışlıq zamanı qeyd olunub ki, “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” muxtar respublikada turizmin inkişafı üçün geniş imkanlar açır. Dövlət Proqramına uyğun olaraq Ağbulaq kəndində də kompleks işlər görülüb. Bu il kənddə 65 yaşayış evi və yardımçı bina əsaslı şəkildə yenidən qurulub, həyətlərə kilid və sal daşlar döşənib, yeni hasarlar hörülüb, metal və taxta məhəccərlər quraşdırılıb. Kənddaxili avtomobil yollarına qum-çınqıl qatı verilib, su keçidləri salınıb, yeni yollar çəkilib, elektrik təchizatı sistemi yenilənib. Yararsız olan təsərrüfat binaları sökülüb və müəyyən olunmuş ərazidə 32 yeni təsərrüfat binası tikilib.

Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir

Dekabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub. 

Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya layihə üzrə görülən işlər barədə Ali Məclisin Sədrinə məlumat verib.

Qeyd olunub ki, Ağbulaq kəndi dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb və tikinti işlərinin 80 faizi başa çatdırılıb. 1590 metr uzunluğundakı xizəksürmə zolağında və təlim meydançasında torpaq işləri görülüb. Hazırda kanat dayaqlarının, 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin qazma işləri davam etdirilir.

Ərazidə texniki bina da inşa olunacaq, xizəksürmə ləvazimatlarının satışı və kirayəsi həyata keçiriləcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması və təhlükəsizlik qaydalarına əməl olunması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq