Ağcabədi rayon YAP Gənclər Birliyi Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə tədbir keçirmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Ağcabədidə “Xocalı soyqırımı əsrin faciəsidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra YAP-ın Ağcabədi rayon təşkilatı sədrinin müavini Nazim Bünyadov, rayon gənclər və idman idarəsi sədrinin müavini Eldəniz Qəmbərov Xocalı soyqırımının ağır nəticələrindən söz açmışlar.
Rayon məktəbliləri arasında “Xocalı soyqırımı əsrin faciəsidir” mövzusunda inşa müsabiqəsinin yekun mərhələsi keçirilmişdir. Məktəblilər iki saat ərzində soyqırımın dəhşətlərinə münasibətlərini bildirmişlər. Müsabiqədə fərqlənən məktəblilərə YAP Ağcabədi rayon təşkilatının diplomları verilmişdir.
Sonda tədbir iştirakçılarına YAP rayon təşkilatı gənclər birliyi tərəfindən hazırlanmış “Qan yaddaşı” adlı təqvim təqdim olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]