Ağdam rayonunun Əliağalı kəndi FOTO
Bakı, 25 dekabr, AZƏRTAC
Ağdam rayonunun Əliağalı kəndi Xaçın çayının sol sahilində, Əlimədətli kənd inzibati ərazi dairəsində yerləşir.
Əliağalı kəndi 1993-cü il iyunun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Əliağalı kəndinin görüntülərini təqdim edir.