Ağdam Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb
Bakı, 2 avqust, AZƏRTAC
“AS İstehsal” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 19-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 5,4 milyon manat olan inşaat materialları istehsalı kompleksi yaradılacaq və 95 nəfər işlə təmin ediləcək.