Ağdamda faciə qurbanlarının xatirəsi yad edilmişdir
Ağdam, 26 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Ağdam musiqi texnikumunda Xocalı faciəsinin 19-cu ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda qurban getmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev çıxış edərək Xocalı şəhərində törədilən qırğının acı nəticələri barədə danışmışdır. Bildirilmişdir ki, həmin gün 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq xüsusi amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, 8 ailə tamamilə məhv edilmiş, 21 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 1.275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Mərasimdə çıxış edən Xocalı sakini Elmin Məmmədov erməni millətçilərinin törətdikləri qanlı cinayətlərdən, xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışdır.
Yığıncaqda əminliklə vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə qüdrətlənən Azərbaycanın haqq işi qalib gələcək, torpaqlarımız erməni işğalından azad ediləcək, Xocalı soyqırımının təşkilatçıları və onu törədənlər öz layiqli cəzalarını alacaqlar.
Tədbirdə Xocalı soyqırımından bəhs edən sənədli film, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]