Ağdamda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” elmi-praktik konfransı keçirilir
Ağdam, 14 dekabr, AZƏRTAC
Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdamda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının və sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan konfransda dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin təmsilçiləri və turizm ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər.