Ağsuçayın daşması nəticəsində kəndlərdə qalan turistlər evakuasiya edilib
Şamaxı, 1 iyul, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı ərazisindən keçən Ağsuçayın daşması nəticəsində rayonla əlaqəsi kəsilən Qaleybuğurd, Keçmədin və Qaladərasi kəndləri ilə gediş-gəliş bərpa edilib.
Rayon Fövqəladə Hallar komissiyasının sədri Hikmət Şikarovun AZƏRTAC-a verdiyi məlumata görə, sözügedən kəndlərlə əlaqənin bərpası üçün əraziyə canlı qüvvə və texnika cəlb olunub. İlk saatlarda kənd ərazisində köməksiz vəziyyətdə qalan turistlər evakuasiya edilib.
Sel səbəbindən bağlanan Lahıc İsmayıllı avtomobil yolunda da hərəkət qismən bərpa olunub.
İsmayıllı rayon icra hakimiyyəti başçısının Lahıc qəsəbə üzrə nümayəndəsi Əli Əlizadənin sözlərinə görə, dağlardan gələn sel suları avtomobil yolu ilə bərabər, həmçinin qəsəbədə də bir sıra fəsadlar yaradıb.
Yolun açılması üçün gecə saatlarında əraziyə canlı qüvvə və texnika cəlb olunub, yolun daşlardan və lil qatından təmizlənməsinə başlanılıb.
Qeyd edək ki, hazırda bölgədə yağmurlu hava davam edir, çaylarda gursululuq müşahidə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]
Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:30]
Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO
- 10.08.2026 [00:23]