AHİK-İN NÜMAYƏNDƏ HEYƏTİ MACARISTANA GEDƏCƏKDİR
AHİK sədrinin müavini Aqil Dadaşovun başçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Macarıstana yola düşəcəkdir. AHİK-dən AZƏRTAC-a bildirmişlər ki, respublika həmkarlar təşkilatlarının nümayəndələri Macarıstan Milli Həmkarlar Konfederasiyasının dekabrın 9-da qeyd ediləcək 15 illik yubiley tədbirlərində iştirak edəcəklər.