Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alev Kuru - Anadoludan Azərbaycana könül körpüləri

Ankara, 29 yanvar (AZƏRTAC). Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Qazi Universitetində Anadoludan Azərbaycana könül körpüləri quran bir xanım - incəsənət fakültəsinin dekanı, professor Alev Çakmakoğlu Kuru həyatını türk dünyasının mədəni irsinin təbliğinə həsr etmişdir.

Türkiyənin tananmış siyasi xadimlərindən biri olan Səbahəddin Çakmakoğlunun ailəsində dünyaya göz açmış və türk millətinə sədaqət ruhunda böyümüş Alev xanım AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində gənclik illərini xatırlayır, tələbə olduqları zaman Azərbaycanın istiqlal şairi Əhməd Cavadın sözlərinə bəstələnmiş “Çırpınırdı Qara dəniz” türküsünü meydanlarda göz yaşları ilə dinlədiklərini, qəlbi hər zaman qardaş Azərbaycanla birlikdə döyündüyünü söyləyir.

Alev xanımın Səlcuqlar və bəyliklər dövrü mədəni irsinin tədqiqatı üzrə elmi əsərlərində də Azərbaycan və Anadolunun ortaq tarixi-mədəni irsi geniş yer almışdır. Kayserideki Şah Kutluğ Xatun türbəsi ilə yanaşı, Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvandakı Möminə Xatun türbəsi də bu tədqiqatlarda yer almışdır. Oğuz türklərinin xalı sənəti, memarlıq inciləri, arxeoloji tapıntılar müxtəlif beynəlxalq elmi konfranslarda təqdim olunmuşdur. “Mən türkəm və bu kimliyimlə hər zaman fəxr edirəm”, deyən alimin fikrincə, Məhəmməd Füzuli poeziyası, Dədə Qorqud və Koroğlu dastanları, Mövlana Cəlaləddin Rumi və Şəms Təbrizi fəlsəfi irsi və digər ortaq dəyərlərimizin təbliği bizim dünya mədəniyyətinə necə böyük töhfələr verdiyimizi göstərməlidir.

Böyük təbəddülatlar, torpaqlarının müdafiəsi naminə amansız savaşlar yaşamış Azərbaycan və Anadolu türklərinin maddi və mənəvi sərvətini yaşatmaq başlıca olaraq milli kimliyimizin qorunmasına xidmət edir. Alev xanım da bu məqsədlə 2008-ci ildə universitetdə “Türk dünyasında müharibələrin sənətə təsiri” mövzusunda beynəlxalq konfrans təşkil etmişdir. Onun sözlərinə görə, bu torpaqlarda yaşayırıqsa, ana torpağın bizə məxsus olduğunu hər zaman yeni faktlarla göstərməliyik. Konfransdan sonra buraxılan musiqi albomunda isə ilk sırada Qarabağ şikəstəsi yer aldı.

Professor Alev Kurunun təşəbbüsü ilə 2011-ci ildə keçirilmiş daha bir mötəbər tədbir - Türk dünyası incəsənət fakültələrinin Ankara toplantısı da ortaq mədəni irsimizin qorunması və təbliği baxımından mühüm addım oldu. Azərbaycandan dosent Sevil Süleymanova, Dövlət İncəsənət Akademiyasından Arif Əzizov və Ayan Əzizovanın tablolarının da yer aldığı sərgi bu toplantıya bir özəl rəng qatdı.

Gözəl bir ana və Anadolu türkünün təbiri ilə desək “manqal kimi ürəyi” olan Alev xanım Xocalı soyqırımının təbliğində qardaş ölkədə ən çox səy göstərən ziyalılardan biridir. “İki hadisə mənim içimi sızlatdı”, deyir bu nəcib xanım. İstanbul və Ankaranın küçələrində bəzilərinin “hamımız erməniyik” şüarları və Axtamar kilsəsinin restavrasiya edilib ibadətə açılması. Axı, bu kilsənin ərazisində erməni quldurlarının namusuna təcavüz etmək istədiyi, bunun üçün öz canlarına qıyan türk qızlarının nakam ruhları dolaşır!

Bir qadın, elm adamı və ictimai xadim kimi, Alev Kuru Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Xocalı soyqırımı, Azərbaycan türkünün mədəni irsinin dünyada tanıdılması istiqamətindəki fəaliyyətini izlədiyini və çox bəyəndiyini vurğulayır. Ən başlıcası, bir çox hallarda siyasət və diplomatiyanın ifadə edə bilmədikləri həqiqətləri elm və incəsənət dili ilə söyləməkdir. Xocalı soyqırımının 20-ci ildönümündə Qazi Universiteti, Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan Dövlət Tibb Universitetinin təşəbbüsü, TRT və İctimai televiziyanın informasiya dəstəyi ilə keçirilən möhtəşəm telekörpü bu cür addımladan biri oldu. Alev xanımın rəhbərliyi ilə “Şahidlər və şəhidlər” sənədli filmi də Türkiyə mediasının diqqət mərkəzində oldu. Bu il isə Qazi Universiteti “Xocalı qətliamı - böyük cinayət” filmini təqdim edəcəkdir. Professor Yusuf Halaçoğlunun elmi məsləhətçisi olduğu bu filmdə ötən əsrin əvvəllərində Anadoluda və Azərbaycanda erməni quldur dəstələrinin törətdikləri qətliamlardan Xocalı soyqırımına qədər bir qanlı tarix öz əksini tapacaqdır. Türkiyə Xarici İşlər Nazirliyi ilə də əlaqə yaradılmış, bu sənədli filmi xarici ölkələrdə təqdim etmək üçün səy göstəriləcəkdir.

“Xocalı təkcə Azərbaycana qarşı deyil, Türkiyə və bütün türk dünyasına qarşı törədilmiş ağır cinayətdir”, deyən Alev xanım soyqırımının 21-ci ildönümündə keçiriləcək tədbirdə qətlə yetirilmiş günahsız insanların xatirəsini anmaq üçün final səhnəsində 613 tələbənin səhnədə yer alacağını, köklü bir ağacın budaqlarına bir üzündə Türkiyə, digərində Azərbaycan bayraqları təsvir olunmuş 613 çinar yarpağının asılacağını söylədi. Bundan başqa, builki tədbirə Qazaxıstandakı Ahmet Yəsəvi və Qırğızıstandakı Manas universitetləri də cəlb olunacaqdır.

Həmsöhbətim sözlərini bir müəllimin düşüncələri ilə bitirir: “Bütün bu tədbirlər bizim gənclərimizin milli ruhda tərbiyəsinə xidmət edir. Çünki torpaqlarımızı qoruyacaq, mədəniyyətimizi, adət-ənənələrimizi yaşadacaq da onlardır. Mən Türkiyədə yeni Yüksək Təhsil Kurumu qanun layihəsinin xaricilərin universitet açması ilə bağlı maddəsinə də bu səbəbdən etiraz etdim. Axı, sabah İstanbulda bir fransız universiteti açılır və orada saxta erməni iddiaları təbliğ olunursa, bu bizim gələcəyimizə təhlükə yaradacaq”!

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır