Alimlər ABŞ-da yeni koronavirusun 2019-cu ildə peyda olduğunu ehtimal edirlər
Bakı, 16 iyun, AZƏRTAC
ABŞ-da COVID-19 infeksiyasına ilk yoluxma halları çox güman ki, hələ rəsmən qeydə alınmamışdan öncə - 2019-cu ilin dekabr ayında baş verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ milli səhiyyə institutlarının (NIH) mütəxəssislərinin məlumatına əsasən, Birləşmiş Ştatların 50 ştatının sakinlərindən 2020-ci il yanvarın 2-dən martın 18-dək alınan 24 min qan nümunəsinin tədqiqatı zamanı İllinoys, Massaçusets, Missisipi, Pensilvaniya və Viskonsin ştatlarının doqquz təmsilçisində SARS-CoV-2 virusuna qarşı anticisimlər aşkarlanıb.
Müsbət nümunələrin əksəriyyəti bu ştatlarda qeydə alınmış ilk yoluxma hallarından əvvəlki dövrə aiddir. Bununla yanaşı, ABŞ-da hələ də hesab edirlər ki, COVID-19 infeksiyası Sietl və Nyu-York ştatlarından yayılmağa başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib
- 14.10.2026 [14:36]