Alimlər plastiglomeratı geoloji maddələrinin siyahısına əlavə etmək barədə düşünürlər
Bakı, 4 iyul (AZƏRTAC). Tədqiqatlar göstərir ki, hazırda böyük yığın təşkil edən plastik tullantıları daş ilə qarışdırmaqla “plastiglomerat” adlı yeni material almaq mümkündür. Alimlər artıq plastiglomeratı geoloji maddələrin siyahısına əlavə etmək barədə düşünürlər.
Tədqiqatın nəticələri ABŞ Geoloji Cəmiyyətinin jurnalında dərc edilmişdir.
Plastik materialın dağılma prosesi min ilə yaxın çəkir. Buna görə də 1950-ci ildən hazırlanan plastik qabların öz keyfiyyətini saxlaması təəccüblü deyildir. Mütəxəssislər əvvəllər də plastiglomeratı görsələr də, araşdırmamışdılar. İlk dəfə Havay sahillərində bu materialı alim Patricia Korokran və “Alguita” tədqiqat katerininin kapitanı Charles Moore aşkar etmişlər. Onlar ocaq qalayanda əriyən plastik qab qum və mərcan qırıntıları ilə qarışaraq plastiglomerat əmələ gətirmişdir.
Hazırda alimlər plastiglomeratı iki növə bölürlər: klastik və situ. Təbii material olan klastik plastik “yapışqan”, situ isə preslənmiş plastik “daş” kimi istifadə oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]