Alina Gözəlova: Doğma arenada çıxış etmək asan və rahatdır
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycanda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında ilk dəfədir iştirak edirəm. Həyəcanımın öhdəsindən gələrək proqramları yerinə yetirməyə çalışdım.
AZƏRTAC xəbər verir ki, bunu dünya kuboku yarışlarında iştirak edən gimnastımız Alina Gözəlova deyib.
Doğma arenada çıxış etməyin xeyli asan və rahat olduğunu bildirən A.Gözəlova qeyd edib ki, tamaşaçılar hərarətlə dəstək olur və bu, ona kömək edir: “Yarışın ilk günündə təsnifat mərhələsində səhvlərə yol verdim. Növbəti gün çalışacağam ki, onları təkrarlamayım. Hədəfim yarışın ikinci günündə proqramımı yaxşı nümayiş etdirmək və hər şeyi maksimum yerinə yetirməkdən ibarətdir”.
Alina Gözəlova bildirib ki, Bakıda keçirilən turnirdən sonra Portuqaliyadakı kubok yarışlarında, daha sonra isə paytaxtımızda təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]