Almaniya millisinin idman direktoru ilə müqavilənin müddəti uzadılıb
Bakı, 9 aprel, AZƏRTAC
Futbol üzrə Almaniya millisinin idman direktoru Rudi Föller ilə müqavilənin müddəti uzadılıb.
AZƏRTAC Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssislə yeni sözləşmə 2028-ci il Avropa çempionatının sonuna qədər nəzərdə tutulub.
O, 2023-cü ilin fevralından bu vəzifədə çalışır.
Qeyd edək ki, Almaniya yığmasında futbolçu kimi 90 oyun keçirmiş Rudi Föller 1990-cı ildə dünya çempionu olub. O, baş məşqçi kimi isə milli komandanı DÇ-2022-nin finalına çıxarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]