Almaniya Polşa və Çexiya ilə sərhədlərə nəzarəti gücləndirir
Bakı, 24 sentyabr, AZƏRTAC
Polşanın daxili işlər naziri Mariuş Kaminski almaniyalı həmkarı Nensi Fezerlə miqrantların Polşa ərazisindən Almaniyaya tranziti ilə bağlı vəziyyəti müzakirə edib.
AZƏRTAC xəbər verir ki, xarici KİV-lərə istinadən bildirir ki, Kaminski miqrantların yalnız kiçik bir hissəsinin Belarus və Polşadan keçməklə Almaniyaya getdiyini qeyd edib. Vurğulanıb ki, onlar əsasən “Balkan marşrutu”ndan istifadə edirlər.
Nensi Fezer isə jurnalistlərə açıqlamasında vurğulayıb ki, Almaniya hökuməti Polşa və Çexiya ilə sərhədlərdə daimi nəzarət məntəqələri yaratmaq variantını nəzərdən keçirir.
“Sərhədləri bağlamaq planı yoxdur, sadəcə olaraq, sərhəd-keçid məntəqələrində polis əməkdaşlarının sayını artırmaq lazımdır”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:33]
Rusiya bir qrup macar diplomatını ölkədən çıxarır
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]