ALMANİYADA AZSAYLI XALQLARIN BEYNƏLXALQ FESTİVALI KEÇİRİLƏCƏK
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 17-də Almaniyanın Mayns şəhərində Azsaylı Xalqların Beynəlxalq Festivalı keçiriləcəkdir. Tədbirdə ölkəmizi təmsil edəcək Mayns-Azərbaycan Cəmiyyəti tərəfindən milli musiqimizin və mədəniyyətimizin təbliği məqsədi ilə bir sıra tədbirlərin təşkili də nəzərdə tutulmuşdur.
Dövlət Komitəsi festivalda Azərbaycanı layiqincə təmsil etməsi üçün cəmiyyəti lazımi vəsaitlərlə təmin edəcəkdir.
Tədbirdə Azərbaycan turizminə, tarixinə, mədəniyyətinə, ictimai və sosial vəziyyətinə, milli mətbəxinə aid olan materiallar nümayiş etdiriləcək, Azərbaycanın milli rəqsləri ifa olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]