ALMANİYADAKI AZƏRBAYCANLILARIN ƏLAQƏLƏNDİRMƏ MƏRKƏZİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
Berlin, 4 oktyabr (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAƏM) bu il ölkəyə təhsil almağa gəlmiş tələbələr ilə görüş keçirilmişdir. Alman Akademik Mübadilə Xidmətinin xətti ilə seçilmiş bu gənclər iki ay Berlində olduqdan sonra oxumaq üçün Almaniyanın universitet və ali məktəblərinə üz tutacaqlar. Almaniyanın muxtəlif şəhərlərində yeni tələbə həyatına başlayacaq gənclərin AAƏM ilə əlaqəsi həm oxuyacaqları ali məktəblərdə Azərbaycanın təqdimatı, həm də onların ölkədəki diasporla mutəmadi mubadiləsi üçün vacib amillərdəndir.
Görüşdə AAƏM-nin icraçı direktoru Samira Patzer-İsmailova tələbələrə Azərbaycanın tarixi və bu günü, Dağlıq Qarabağ məsələsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımı haqqında danışmış, onlara mövzu ilə bağlı kitablar və video materiallar hədiyyə etmişdir. Tələbələr Almaniyada aldıqları ilk təəssuratlar haqqında, gələcək planları barədə fikirləri ilə bölüşmüşlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]