ALMANİYADAKI AZƏRBAYCANLILARIN ƏLAQƏLƏNDİRMƏ MƏRKƏZİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
Berlin, 5 oktyabr (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAƏM) bu il ölkəyə təhsil almağa gəlmiş tələbələr ilə görüş keçirilmişdir. Alman Akademik Mübadilə Xidmətinin xətti ilə seçilmiş bu gənclər iki ay Berlində olduqdan sonra oxumaq üçün Almaniyanın ali məktəblərinə üz tutacaqlar. Almaniyanın müxtəlif şəhərlərində yeni tələbə həyatına başlayacaq gənclərin AAƏM ilə əlaqəsi həm oxuyacaqları ali məktəblərdə Azərbaycanın təqdimatı, həm də onların ölkədəki diasporla mütəmadi görüşmələri üçün vacib amillərdəndir.
Görüşdə AAƏM-nin icraçı direktoru Samira Patser-İsmailova tələbələrə Azərbaycanın tarixi və bu günü, Dağlıq Qarabağ məsələsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımı haqqında danışmış, onlara mövzu ilə bağlı kitablar və videomateriallar hədiyyə etmişdir. Tələbələr Almaniyada aldıqları ilk təəssüratlar haqqında, gələcək planları barədə fikirlərini bölüşmüşlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]

