Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanı kəşf edərkən: Baden-Baden Şvarsvaldın qaynar ürəyidir

Bakı, 15 avqust, AZƏRTAC

Almaniyanın Baden-Baden şəhərinin adı “Şərikli çörək” klassik milli filmində səslənən bir məşhur ifadə sayəsində hər bir azərbaycanlının yaddaşına həkk olunub. Xatırlayırsınızsa, həmin filmin qəhrəmanlarından biri üzərində “Baden-Badenin mavi gecələri” sözləri yazılmış fotoslaydları küçədə nümayiş etdirir. Əslində bu kiçik şəhərin adı obıvatellərə həmin filmlə bağlı assosiasiyalardan başqa çox məlumat vermir. “Şərikli çörək” filminin ekranlara çıxdığı 1969-cu ildə Baden-Baden ölkəmizin sakinlərinin nəzərində nağılları bir xarici şəhər idisə, bu gün arzu edən hər kəs bu məşhur kurorta gedə bilər.

Biz də fotoqrafla birlikdə Baden-Baden barədə cüzi biliklərlə Almaniyaya, öz isti suları ilə məşhurlaşmış bu diyarı “kəşf etməyə” yollandıq. Doğrudan da klassik memarlıq nümunələri, yaşıllıqlar və güllüklərlə zəngin, su ilə müalicəni asudə vaxtın mədəni təşkili ilə əlaqələndirən insanlarla dolu Baden-Badenə getməyimizə əsla təəssüflənmədik.

İlk təəssüratlar

Bizim təsəvvürümüzə görə bu kiçik şəhərin ətrafında yaranmış ekzotiklik oreoluna baxmayaraq Azərbaycandan Baden-Badenə getmək o qədər də çətin deyil. Bu il yayın əvvəlindən Azərbaycan bazarına qayıtmış “Wizz Air” aviaşirkətinin təyyarələri Bakıdan bu istiqamətə uçur. Amma birbaşa yox, Budapeştdən tranzitlə uçur. Biz macarıstanlı aviadaşıyıcının iş xüsusiyyətləri ilə tanış olmaq və bu barədə oxuculara məlumat vermək üçün bu uçuş variantından istifadə etməyi qərara aldıq.

Beləliklə, Bakı-Budapeşt marşrutu ilə təyyarələr həftədə iki dəfə - cümə axşamına keçən gecə və bazar ertəsinə keçən gecə yerinə yetirilir və 3,5 saatdan bir qədər çox davam edir. Yemək haqqı biletin dəyərinə (49,99 avrodan başlayır) daxil deyil, lakin təyyarədə ucuz qəlyanaltı və içkilər almaq olar. Budapeşt-Baden-Baden reysləri də həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetirilir. Bu reyslərin ardıcıllığı əlverişlidir: Bakıdan Budapeştə gələn reys yerə enəndən iki saat yarım sonra Budapeştdən Baden-Badenə uçan təyyarə yola düşür. Bu müddət baqajı almaq, yeni reysə qeydiyyatdan keçmək və yerli düiti-fridə “qaçışmaq” üçün kifayətdir.

Saat yarım uçuşdan sonra biz Baden-Badenin qərbində yerləşən Karlsrue aeroportunda yerə endik. Orada adi avtobusa minib 20 dəqiqədən sonra Baden-Badenin mərkəzi dəmir yol vağzalına gəldik. Buradan şəhərin mərkəzinə, bizim qalacağımız otelə getmək üçün başqa bir reys avtobusuna mindik. Baden-Baden kiçik şəhərdir. Onun ucqar yerlərindən mərkəzə getmək üçün 10-15 dəqiqə kifayətdir. Şəhərin istənilən nöqtəsinə getmək üçün avtobus biletinin dəyəri 2,4 avrodur.

Yolda bir rusdilli xanımla söhbətimiz baş tutdu. Məlum oldu ki, bu xanım Baltikyanı bölgədən buraya köçüb gəlib. Sonradan öyrəndik ki, Baden-Baden Almaniyada rus dilində danışan sakinlərin ən çox olduğu şəhərdir. Tarixən Baden-Baden rus aristokratlarının xoşladığı Avropa kurortudur. İsti sularda istirahət modası məhz burada yaranıb. Almaniya kurortuna belə marağın səbəbi isə XVIII əsrdə Rusiya taxt-tacının varisi Aleksandr Pavloviçin Baden-Baden şahzadəsi Luiza ilə (gələcək imperatriça Yelizaveta Alekseyevna) nikah bağlaması olub.

Burada bu gün də keçmiş Sovet İttifaqı ölkələrindən olan çoxlu mühacir var və rus dilində danışan insanlara hər yerdə rast gəlmək olar. Rəqəmlərə müraciət etmək istəsəniz, bu göstəricilərin faiz nisbəti o qədər də çox deyil - 52 min sakini olan şəhər əhalisinin cəmi 1-2 faizi rusdillidir. Bununla bərabər, Baden-Badendə 280 müxtəlif millətin nümayəndələri yaşayır. İnanmaq çətin olsa da, rəsmi statistika belədir.

Rusdilli mühacirlər buradakı sakit və təminatlı həyat tərzindən tam razıdırlar. Hərçənd, avtobusda tanış olduğumuz xanımın qəmli-qəmli qeyd etdiyi kimi, əgər bu insanların bəziləri öz vətənlərində alman, digərləri yəhudi idisə, burada, Almaniyada onlar hamısı “ruslardır”. Taleyin işi belədir.

Nəhayət, bizim avtobus şəhərin mərkəzi meydanına çatdı. Bizim otel burada olmalıdır: biz də yerli koloritlə tanış olmaq üçün otelə qədər piyada getmək fürsətini əldən vermədik. Burada gül-çiçəyin və yaşıllığın bol olması dərhal dıqqəti cəlb edir. Evlərin pəncərələrində və eyvanlarda, mağazaların vitrinlərində, kafe və restoranların terraslarında içərisində müxtəlif bitkilər əkilmiş dibçəklər asılıb. Belə təsəvvür yaranır ki, bu şəhərin bütün əhalisinin əcdadları aqronomlar olub. Mülayim subtropik iqlim bağçılıq üçün çox əlverişlidir. Region ərazisinin 61 faizindən çoxu meşələrlə örtülüb (Almaniya üzrə rekord). Bu şəhərdə hətta banan palmalarına da rast gəldik - lap bizim Masallıda və ya Lənkəranda olduğu kimi.

Otelə yaxınlaşdıqca Baden-Badenin daha bir xüsusiyyəti aşkar görünür: şəhərin çox hissəsi Şvarsvald dağ massivinin ətəyində və yamaclarında yerləşir.

Meydandan başlanan bəzi küçələrin yuxarıya doğru meyli kifayət qədər böyük olduğu üçün bəzi yerlərdə piyada qalxmaq çətindir. Görünür, bu səbəbdən buranın yerli sakinləri belə şux qamətli və gümrahdır - təmiz dağ havası və sağlam həyat tərzi insanların ovqatına müsbət təsir göstərir. Dəqiq deyə bilərəm ki, onların hipodinamiyadan əziyyət çəkmək qorxusu yoxdur.

İki gecə qalmalı olduğumuz Magnetberg otelinə yorğun, lakin məmnun halda çatdıq. Bir qədər irəli gedərək deyim ki, üçulduzlu Magnetberg oteli bizə çox təsir bağışladı. Nömrələr geniş və rahatdır, ətrafda təmizlik və səliqə-sahman diqqəti cəlb edir. Otelin yamacda yerləşməsinin öz üstünlükləri var: mehmanxananın ərazisi Şvarsvald (“Qara meşə”) təbii park massivi ilə əhatə olunub. Səhərlər qonaqları quşların oxuması və iynəyarpaqlı bitkilərin xoş ətri oyadır.

Karakalla termləri və Dostoyevskinin uduzması

Baden-Badenin cəlbediciliyinin əsas səbəbi burada isti mineral su bulaqlarının olmasıdır. Hələ qədim romalılar da bu sulardan istifadə edirmiş. Bunu Baden-Badendə Roma hamamlarının xarabalıqları sübut edir. Tərkibində mineralların miqdarı bu qədər yüksək olan termal sulara Baden-Badendən başqa az yerdə rast gələ bilərsiniz. 12 bulaqdan çıxan və temperaturu 68 dərəcəyə çatan bu su insana şəfalı təsir göstərir. 

Baden-Badenin müasir sakinləri və “sularda dincəlməyi” arzu edən qonaqlar hazırda fəaliyyətdə olan hamam komplekslərinə gedirlər. Bu komplekslərdən ən məşhurları Karakalla və Fridrixsbad termləridir. Onlara su eyni bulaqdan gəlir, fərq yalnız çimmə prosedurunun təşkilindədir.

Karakalla termləri Roma imperatoru Karakallanın şərəfinə belə adlandırılıb. Çimmək mədəniyyətinin ilk tərəqqi dövrü Karakallanın hakimiyyəti dövrünə təsadüf edib. Orijinal Karakalla termlərinin İtaliyada, Romada qalmış xarabalıqları bu gün muzeyə çevrilib. Bu termləri görəndən sonra məlum olur ki, hamamlar sadəcə yuyunmaq vasitəsi deyil, insanların asudə vaxtını keçirdikləri və ünsiyyət saxladıqları yer olub. Baden-Badendəki müasir Karakalla termlərində də vaxtın xoş keçməsi üçün xeyli imkan yaradılıb. Sahəsi 4000 kvadratmetr olan geniş kompleksin daxilində çimmək üçün hovuzlarla bərabər, içərisində soyuq və qaynar su olan sututar, ətirli buxar hamamı və duzlu su ilə inhalyasiya kabineti gördük. Bayır tərəfdə, kifayət qədər böyük sahədə iki mərmər hovuz, su axını iti olan kanal və iki cakuzi hovuzu var. Temperaturu 18-38 dərəcə arasında dəyişən müxtəlif su prosedurları müalicəvi termal suda çimməkdən bənzərsiz zövq almağa imkan verir. Termal hamamlara birgünlük biletin qiyməti 23 avrodur və bu xərcə dəyər, çünki kompleksi dincəlmiş halda və enerji dolu tərk edirsən.

Ertəsi gün bələdçi bizə başqa bir kompleks - qonşuluqdakı Fridrixsbad barədə məlumat verdi. Hazırda muzey kimi fəaliyyət göstərən Roma hamamlarının xarabalıqları da 1877-ci ildə bu kompleksin tikintisi zamanı aşkar edilib. Bu kompleksi həm də Roma-irland hamamı adlandırırlar. Onun quruluşu duş, isti hava, qaynar hava, buxar hamamı, termal su hovuzu, soyudulmuş su hovuzu və s. kimi müxtəlif temperaturlu prosedurların bir-birini əvəzləməsini nəzərdə tutur. Doğrudur, hamamın müdiriyyəti antik ənənələrə tam riayət edərək, burada çılpaq çimməni icbari qaydaya çevirib. Bu da bir çox adamları çəkindirir. Buna görə də Karakalla termləri ilə müqayisədə Fridrixsbadda olmaq istəyənlərin sayı xeyli azdır.

Baden-Badenə səyahətimizin növbəti məntəqəsi Frider Burdanın Müasir İncəsənət Muzeyidir. Bu muzey kolleksiyasında təxminən 550 sənət əsərinin toplanması ilə diqqəti çəkir. Görkəmli nyu-yorklu memar Riçard Mayerin layihəsi əsasında tikilən muzey binasının təbii işıqlandırılan arxitekturası da maraqlıdır. Ekspozisiyada əsas yeri Bekmann, Kirxner, yaxud Avqust Makke kimi alman ekspressionistlərinin əsərlərinin təqdim olunduğu klassik modernizm tutur. Pablo Pikassonun son əsərlərindən seçmələr də nümayiş etdirilir. Amerika abstrakt ekspressionizmi Pollok, Still və Mark Rotkonun əsərləri ilə təqdim olunub. Lakin kolleksiyanın cövhəri Georq Bazelits, Ziqmar Polke və Gerhard Rixter kimi Almaniya rəssamlarının müharibədən sonrakı əsərləridir. Muzeyə baş çəkdiyimiz vaxt pavilyonlarda müasir alman rəssamı Katarina Qrossenin sərgisi keçirilirdi. Müəllimlərin aşağı və orta sinif şagirdlərinə sərgi zallarının döşəməsində oturmuş halda necə səyyar dərs keçdiklərini müşahidə etmək çox maraqlı idi.

Muzey əzəmətli Kurparkın (hərfi mənada “müalicəvi park”) əhatəsində yerləşir. Yaşı 350-dən çox olan Lixtentaler xiyabanı bu park boyu uzanır. İstirahət edənlər şəfaverici bulaqların suyundan doyunca içdikdən və müalicəvi sularda çimdikdən sonra bu məkana gəlirlər ki, Oos çayının sahili boyunca səliqəli gül ləkləri və qazonlar arasında gəzişsinlər, nəhəng ağacların kölgəsində dincəlsinlər. Ümumilikdə parkda təxminən 300 növ bitki bitir. Parka Baden-Badenin, demək olar, istənilən nöqtəsindən piyada gəlib çıxmaq mümkündür. Buradan şəhərə, o cümlədən 1821-1824-cü illərdə tikilmiş tarixi bina Kurhausa (keçmiş pansionat) gözəl mənzərə açılır. Artıq iki əsrdir ki, Kurhausda Almaniyanın ən böyük kazinosu fəaliyyət göstərir. Binadakı bütün mebel və bərbəzək Parisdə istehsal olunub və ilkin formasında saxlanılıb. Rus yazıçısı Fyodor Dostoyevski məhz bu kazinoda bir neçə dəfə böyük məbləğdə pul uduzub, bundan sonra qumarın ölümcül ehtiras olması barədə “Qumarbaz” romanı işıq üzü görüb.

Faberje, Merkur dağı və Avropa parkı

Baden-Badendə olub Faberje Muzeyinə baş çəkməmək qeyri-mümkündür. Bu, dünyada ilk muzeydir ki, bütünlüklə tanınmış alman əsilli rus zərgəri Karl Faberjenin firmasının yaradıcılığına həsr olunub. Biz də ora yollandıq. Muzeyin unikal kolleksiyasında 700-dən çox eksponat var. Burada Faberje şirkətinin İmperator Pasxa yumurtalarından tutmuş Birinci Dünya müharibəsi zamanı metaldan hazırlanmış məmulatadək əsərlərinin bütün spektrini görmək olar. Muzeydə portsiqar, miniatür fiqur, gümüş, qızıl və qiymətli daşlardan gündəlik tələbat məhsullarının ən böyük kolleksiyaları nümayiş etdirilir. Faberjenin ən yaxşı əsərlərindən biri - baron Eduard de Rotşildin nişanlanması şərəfinə hədiyyə olaraq 1902-ci ildə yaratdığı yumurta muzeyin mühüm eksponatlarındandır. Muzeyin kolleksiyasına dovşan formalı nadir gümüş qrafin və imperator tacı da daxildir. Təəssüf ki, muzeydə fotokameradan istifadə etmək qadağandır.

Tur proqramının sonunda Baden-Badenin turizm ofisi bizim üçün sürpriz hazırlamışdı: 668 metr hündürlükdə olan Merkur dağının zirvəsinə funikulyorlu səyahət. Şəhərdən funikulyor stansiyasına 204 və 205 nömrəli avtobuslarla bir neçə dəqiqəyə yetişmək mümkündür. Funikulyor hər gün saat 10-dan 22-dək hər 15 dəqiqədən bir yola düşür. Bilet alıb vaqona otururuq. Lap bizim Bakı funikulyoru kimidir. Doğrudur, Baden-Baden funikulyorunun qatarı Bakıdakı qatardan daha uzun və dik yolu qət edir. Dağın zirvəsindən həm Baden-Badenə, həm də yaxın kəndlərə və ətraf məntəqələrə füsunkar mənzərə açılır. Buradan hətta Fransa ilə sərhəd də ovuc kimi görünür.

Merkur dağının yamacları paraplanda uçuş həvəskarlarının - paraqlayderlərin sevimli məkanıdır. Onlar küləyin ani şiddəti ilə havalanan paraplanlarla Baden-Baden və Şvartsvald səmasında uçurlar. Yeri gəlmişkən, Baden-Baden səmasında hava şarlarında da uçmaq olar. Təsadüfi deyil ki, Avropanın hava şarlarından ibarət ən böyük donanması bu şəhərdə yerləşir.

Merkur dağının zirvəsində restoran fəaliyyət göstərir, burada yemək yeyə-yeyə ətrafı doyunca seyr etmək olar. Kəmərin altını bərkitdikdən sonra ətrafda “gizlənən” şəlalələrin və bulaqların axtarışında Şvartsvaldın meşə cığırları ilə gəzişmək adama xüsusi zövq verir.

Baden-Baden çox xoşumuza gəldi. Ecazkar şəhərdə həyat ahəngdar davam edir, insana xoş görüşlər, təbiətlə təmas dolu anlar, könül rahatlığı bəxş edir. Söz düşmüşkən, “Baden” sözünün niyə iki dəfə təkrarlanması sizin üçün maraqlıdırsa, hər şey çox sadədir: Baden şəhəri Baden-Vürtemberq əyalətində yerləşir. Əvvəllər adamlar Badendəki Baden deyirdilər, sonralar yavaş-yavaş Baden-Baden şəkli aldı.

İlin istənilən vaxtı Baden-Badenə gəlmək olar, bura həmişə rahat və maraqlıdır. Şəhərin mədəni həyatı zəngin və çeşidlidir. Baden-Badendə böyük konsert salonu və “ulduzlar”ın tez-tez qastrola gəldiyi Avropada ikinci ən böyük Opera Teatrı fəaliyyət göstərir. Höte meydanında yerləşən, Paris Opera Teatrına oxşayan Baden-Baden Teatrı artıq yüz ildir ki, şəhərin mədəni həyatının mərkəzidir. Maraqlıdır ki, bəstəkar Hektor Berlioz “Beatriçe və Benedikt” operasını 1862-ci ildə məxsusi olaraq teatrın açılışı üçün yazıb və operanın premyerasında şəxsən dirijorluq edib.

Dünyanın ən məşhur cıdır meydanlarından biri - İffetsheym də Baden-Badendə yerləşir. Burada ildə iki dəfə “Bahar görüşü” və “Böyük həftə” adlı böyük yarışlar keçirilir. Nəhayət, Baden-Baden hər yay “Oldtaymer” Beynəlxalq Köhnə Avtomobillər Festivalının keçirildiyi yerdir. Almaniyanın ən gözəl tədbirlərindən biri sayılan festival ənənəvi olaraq kazino və Kurhaus qarşısında keçirilir. Builki 40-cı yubiley festivalında idman modellərindən tutmuş dəbdəbəli limuzinlərədək 300-dən çox avtomobil nümayiş etdirilib.

Əlqərəz, Baden-Badendə hər kəs öz zövqünə uyğun məşğuliyyət tapa bilər. Biz bu qonaqpərvər şəhəri tərk etmək istəmirdik, lakin yolumuza davam etməli idik. Almaniyaya səfərimizin növbəti məntəqəsi möhtəşəm “Europa Park” attraksionlar parkıdır. Almaniyanın ən böyük, istifadəçilərin sayına görə Avropanın ikinci (Parisdəki Disneylenddən sonra) əyləncə parkı sayılan “Europa Park” Baden-Vürtemberq əyalətinin Rust şəhərində yerləşir. Baden-Badendən ora yollanmaq çox rahatdır. Mərkəzi vağzaldan qatarla bir saata Rusta gəldik, oradan da avtobusla beş dəqiqəyə parka çatdıq.

Çox nəhəng parkdır (90 hektar), öz otelləri, restoranları, mağazaları var. Burada Avropa dövlətlərinə (Almaniya, Fransa, İsveçrə, İtaliya və s.) həsr olunmuş 16 tematik zona və 100-dən çox attraksion var. Biz yalnız bir neçə Amerika təpəciyinə baş çəkə bildik. “Mercedes-Benz” şirkətinin sponsorluq etdiyi “Silver Star” təpəciyi hündürlüyünə (73 metr) görə Avropada ikinci yerdədir. 850 metr uzunluğunda Amerika su təpəciyində - “Poseydon” attraksionunda sürət saatda 70 kilometrə çatır. Taxtadan düzəldilən “Amerika təpəciyi”ndə qatar uzunluğu bir kilometrdən bir qədər çox olan trasda saatda 100 kilometr sürətlə hərəkət edir. Park attraksionlarının çoxu ilə tanış ola bilmədik, çünki vağzala tələsirdik. Bu park ayrıca səfər tələb edir. Özü də burada istirahətdən zövq almaq üçün ya onun ərazisindəki, ya yaxınlıqdakı otellərdə qalmaq şərtilə.

Biz Düsseldorfa gedən qatara minməli idik, amma bu, tamamilə ayrı hekayədir.

Ardı var...

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto E. İbrahim

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı