Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanı kəşf edərkən: Düsseldorf - yaşayanda da belə yaşayasan! VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Almaniyanın əhalisi ən sıx sayılan Şimali Reyn-Vestfaliya federal əyalətinin paytaxtı Düsseldorf öz adını şəhərin mərkəzi hissəsindən indi də axan kiçik Düssel çayına borcludur. Əsası 800 il əvvəl qoyulan Düsseldorf əvvəlcə kiçik kənd olub, sonralar genişlənərək regionun siyasi, iqtisadi və mədəni həyatının mərkəzinə çevrilib. Turistləri bura orta əsrlər memarlığı ilə ultramüasir arxitekturanın vəhdəti, özündə alman bolluğu ilə fransız ləzizliyini birləşdirən dadlı-ləzzətli mətbəx, sərhəd tanımayan incəsənət və əyləncəli şopinq cəlb edir. Napoleon Düsseldorfu kiçik Paris adlandırarmış, Henrix Heyne “Düsseldorf çox gözəldir!” deyərmiş.

Biz də bu gözəl şəhərin özümüzə məxsus portretini yaratmaq qərarına gəldik.

Ərəb mövsümü, yaponlar və pokemon ovu

Düsseldorf bizi gözəl havası və beşulduzlu “Steigenberger Parkhotel” otelinin dəbdəbəsi ilə qonaqpərvərliklə qarşıladı. Biz Almaniyada yaradılan bu otel şəbəkəsi ilə artıq tanışdıq. Dubayda və İstanbulda “Steigenberger Parkhotel” mehmanxanalarında qalmışdıq. Budur, indi bizə Düsseldorfun düz mərkəzində Almaniya qonaqpərvərliyini hiss etmək şansı verilib ki, bu da rəmzi məna daşıyır. Dubay dedim, lap yerinə düşdü: oteli, demək olar, ərəblər zəbt ediblər. Dəhlizləri Şərq ətrinin bihuşedici rayihəsi bürüyüb. Bəzən elə təəssürat yaranır ki, biz Avropanın mərkəzində deyilik, haradasa Yaxın Şərq ölkələrindən birindəyik. Sonradan öyrəndik ki, iyul və avqust aylarında Düsseldorfda ərəb mövsümü hökm sürür. Öz vətənində qızmar istilərdən əziyyət çəkən varlı ərəblər ailələri ilə birlikdə Düsseldorfa gələrək şəhərin dəbdəbəli otellərindəki bütün nömrələri ələ keçirirlər. Yayda Düsseldorfda havalar xoş keçir, asudə vaxtı isə əyləncəli şopinqlə rövnəqləndirmək olar: ərəb mövsümündə butiklərin və bahalı restoranların dövriyyəsi xeyli genişlənir.

Otelimiz şəhərin əsas görməli yerlərinin - Hofqarten parkının, Reyn sahilində Opera Teatrının, “Breuninger” univermağının və şəhər sakinlərinin nəvazişlə Kö adlandırdıqları mərkəzi küçənin - Köniqsalleyenin yaxınlığında çox münasib yerdədir. İlk olaraq rusdilli bələdçimizin müşayiəti ilə bu küçəyə yollandıq. İyirmi ildən çox Düsseldorfda yaşayan Tatyana Şön sözün əsl mənasında bu şəhərin vurğunudur və öz məhəbbətini qonaqlarla bölüşməyə çalışır.

Köniqsalleye boyu dəbdəbəli mağazalar, art-qalereyalar və restoranlar yerləşir. Çoxsaylı kafelərdə masalar Parisdə olduğu kimi düzülüb, yəni müsafirlər üzü küçəyə tərəf oturub gəlib-gedənlərə tamaşa edirlər. Əslinə baxılırsa, yoldan keçənlər bundan əsla narahat olmurlar. Yerli sakinlər istirahət günləri bəzənib-düzənərək Köyə gedirlər ki, həm özlərini göstərsinlər, həm də başqalarına tamaşa etsinlər.

Köniqsalleyedə gəzişərkən su kanalı üzərindən salınmış körpüyə rast gəldik. Körpüdə əllərində telefon və planşet tutmuş bir dəstə gənc nəyisə çox qızğın müzakirə edirdi. Pokemon ovçuları son illərin yerli fenomenidir. “Pokemon Go” mobil oyununa qlobal maraq Düsseldorfa da gəlib çatıb və yerli ictimaiyyəti əməlli-başlı yerindən oynadıb. Bu populyar əlavənin müəllifləri pokemonları nədən tarixi Jurardo körpüsü rayonunda yerləşdiriblər, bunu heç kəs bilmir. Amma bu fakt küçə hərəkətində müəyyən narahatlıq yaradıb. Amma heç kəs oyunbazları qovmağa hazırlaşmır. Əksinə, tanıdıcı nişanlar qoyulub. Burada düsseldorflulara xas olan “Özün yaşa və başqasının da yaşamasına imkan ver!” mentaliteti parlaq təzahür edib.

Bələdçimiz “Heinemann” ailəvi kafesində yemək süfrəsi arxasında düsseldorfluların xarakterinə xas olan digər xüsusiyyətlərdən də danışır. Əsası 1932-ci ildə qoyulan bu kafelər şəbəkəsi təkcə öz mətbəxi ilə deyil, Angela Merkel, Mixail Qorbaçov, Luçano Pavarotti və bir çox digər adlı-sanlı müsafirləri ilə də məşhurdur. Ləziz siyənək balığını qarnirlə həzm-rabedən keçirə-keçirə düsseldorfluların kosmopolit xasiyyətlərini müzakirə edirik. Şəhər sakinləri təfəkkür müstəqilliyi ilə fərqlənir, yeniliyi və orijinallığı sevir, ünsiyyətcil və səmimidirlər. Bəlkə buna görə Düsseldorf əcnəbiləri belə cəlb edir? Ərəblərdən artıq danışdıq. Şəhərdə yaponlardan ibarət böyük bir icmanın məskunlaşdığını öyrənəndə isə çox təəccübləndik. Sən demə, şəhərin mərkəzi küçələrindən biri İmmermannştrasseyə həm də “yapon işgüzar məhəlləsi” deyilir. Burada yaponlar tərəfindən açılan çoxlu firma, restoran və otel fəaliyyət göstərir. Yaponiya şirkətləri Düsseldorfda öz nümayəndəliklərini ötən əsrin 60-cı illərində açmağa başlayıblar. Tədricən məhz bu şəhər Avropada yapon biznesinin mərkəzinə çevrilib. Bunun üçün şəhəri hətta “Reyn sahilində Tokio” adlandırıblar.

Deserti də bitirəndən sonra kafedən çıxıb Altştadt deyilən Köhnə şəhərdə gəzişməyə başlayırıq. Düsseldorfun orta əsrlər dövrünə aid bu guşəsi hər bir zövqə və cibə uyğun qastronomiya müəssisələrinin bolluğu ilə məşhurdur. Buna görə də ona “dünyada ən uzun bar piştaxtası” adı verilib. Təkcə Bolkerştrasse küçəsində 250-dən çox belə bar yerləşir. Ətraf şəhərlərin və qəsəbələrin sakinləri gərgin iş həftəsindən sonra dincəlmək üçün istirahət günlərində bura axışırlar. Düsseldorfluların özləri isə şəhərin başqa yerlərində vaxt keçirməyə çalışırlar.

Dünya şöhrətli düsseldorflu, XIX əsrin şair və publisisti Henrix Heynenin yaşadığı ev də Köhnə şəhərdədir.

Köhnə şəhərin daha bir diqqətəlayiq yeri onun cənub hissəsində, Karlştadt meydanında yerləşən bazardır. Bu bazar Düsseldorfun ən yaxşı bazarı sayılır. Burada münasib qiymətə dadlı nahar etmək, alman, hind, portuqal və ya italyan milli mətbəxlərinin yeməklərini dadmaq olar.

Köhnə şəhərin şalbanbaşı döşənmiş küçələrində doyunca gəzişdikdən sonra otelə qayıtmaq qərarına gəlirik. Gün çox maraqlı keçdi, biz isə hələ otelimizin ətrafını təftiş etməliyik. Axı otelimiz çox maraqlı məkanda yerləşir.

Saray parkı, Broyninger və K20

“Steigenberger Parkhotel” otelinin düz qarşısında mənzərəli Hofqarten parkı (“Parkhotel” adı buradan götürülüb) yerləşir. XVI əsrdə bura knyazın şəhərətrafı ov parkı (Hofqarten “saray bağı” deməkdir) olub. Sonralar bu park XVIII əsr - XIX əsrin əvvəli bağ-park sənəti abidəsinə və Almaniyanın ilk ictimai-kütləvi parkına çevrilib. Parkı süni göl, şair və bəstəkarlara, o cümlədən Henrix Heyne, Feliks Mendelson-Bartoldi və Robert Şumana (F. Mendelson-Bartoldi də, R.Şuman da Düsseldorfun musiqi direktorları vəzifəsində çalışıblar) ucaldılan çoxsaylı abidələr, habelə ingilis heykəltəraşı Henri Murun “Uzanmış qadın” kimi müasir heykəltəraşlıq əsərləri bəzəyir. Park estetik əhəmiyyət daşımaqla bərabər, həm də şəhərin yaşıl vahəsi və yüzlərlə lələklinin, o cümlədən qazların, qu quşlarının, ördəklərin, qağayı və hətta tutuquşuların məskənidir. Yerli sakinlər çox vaxt köçəri quşlara yem verirlər. Onlar da ya uzun müddətə, ya da həmişəlik parkda məskunlaşır. 

Şəhərin daha bir görməli yeri - 1875-ci ildə inşa edilmiş “Reyn sahilində alman operası” Opera Teatrı parkdan ovuc içi kimi görünür. Teatrda təkcə yerli tamaşaları deyil, həm də dəvət edilmiş ulduzları, qastrol səfərinə çıxan truppaları görmək olar.

Biz isə ucdantutma hər yeri görüb tanış olmaq həvəsi ilə vaxt itirmədən otelimizin pəncərələrindən tamaşa etdiyimiz maraqlı tikiliyə doğru yollanırıq. Məlum olur ki, bu tikili yaşı yüzdən çox olan nüfuzlu Broyninger univermaqlar şəbəkəsinə məxsus binadır.

Eduard Broyninger 1881-ci ildə üç əməkdaşı ilə birlikdə Ştutqartda pərakəndə satış mağazası açanda ağlına da gəlməzdi ki, günlərin bir günü bu mağaza Almaniyada moda və dizayn sahəsində ən müvəffəqiyyətli ticarət evlərindən birinə çevriləcək. Broyninger moda bazarını sürətlə qazanıb və hazırda Almaniyanın 11 şəhərində bu brendin univermaqları fəaliyyət göstərir. 2013-cü ildə Düsseldorfda açılan univermaq şəbəkənin ən gənc filiallardan biridir.

Broyninger ticarət evinin çeşidini formalaşdıran hər şey alıcıların yüksək tələblərinə cavab verməlidir. Bu, Broyninger brendinin fəlsəfəsidir. Düsseldorf univermağında tanınmış dizayner brendlərinin premium-klass məmulatından tutmuş Paris, Milan və Nyu-Yorkdan olan maraqlı yeniliklərə qədər təqribən 1000 brendin geniş çeşidi təqdim edilib.

Maraqlıdır ki, Almaniyada ilk dəfə müştəri kartını Broyninger tətbiq edib. Əlli il əvvəl bu, ticarət evinin əsl innovasiyası olub. “Breuninger Card” bu gün də sahibkarlara çoxsaylı eksklüziv üstünlüklər, o cümlədən nağdsız ödəmə, şəxsi məsləhətçinin xidmətlərindən istifadə və s. kimi imkanlar verir.

Yeri gəlmişkən, Düsseldorfdakı Broyninger univermağında qiyamət qənnadı dükanı işləyir. Burada çox dadlı trüfel və pirojnalar yemək olar. Elə özümüz də buna əmin olduq. Burada heç bir konservant əlavə edilmədən əntiqə qənnadı nümunələri yaradılır. İlk baxışda bir-birinə qəti uyğun gəlməyən məhsullar, məsələn, istiot və şokolad əllə qarışdırılaraq tamamilə yeni dad əldə olunur.

Ertəsi gün bizi yenə də yüksək incəsənət cəlb etdi. XX Əsr İncəsənəti Muzeyinə (K20) getdik. Muzeyin kolleksiyasına konstruktivizm, kubizm, ekspressionizm, sürrealizm kimi istiqamətlərdə yaradılan əsərlər daxil edilib. Kolleksiyanın özəyini Almaniya-İsveçrə əsilli avanqardist rəssam Paul Kleyenin əsərləri təşkil edir. Muzeyin salonlarını Kandinski, Pikasso, Miro, Kirşner, Mondrian, Maleviç və digər məşhur rəssamların əsərləri bəzəyir.

Muzeydə olduğumuz vaxt burada düsseldorflu fotorəssam Andreas Qurskinin sərgisi təşkil edilmişdi. Onun nəhəng fotoşəkillərində ilk baxışda sadə şeylər - mağazada stellajlar, ofis məkanı, muzey ekspozisiyası, tullantılar və s. əks olunub. Ancaq materialın xüsusi rəqəmsal üsulla işlənməsi, kadrın bacarıqla tərtib edilməsi, şəkillərin çoxplanlı olması sayəsində tamaşaçılar bu fotoşəkillərin qarşısında saatlarla dayanıb çoxsaylı detallarını öyrənməyə çalışırlar. Üstəlik, A.Qurskini müasir dövrün kommersiya baxımından ən müvəffəqiyyətli fotoqrafı adlandırmaq olar. Hər halda onun “Reyn II” adlı əsəri 2011-ci ildə “Christie`s” hərracında rekord bir məbləğə - 4,4 milyon dollara satılaraq, hərracların bütün tarixi ərzində ən bahalı şəkil olub.

Mübaliğəsiz demək olar ki, K20 Muzeyinə getməyimiz Düsseldorfa səfərimizin ən parlaq hadisələrindən biridir. Amma axı şəhərdə XXI əsrin incəsənətini əks etdirən K21 Muzeyi də fəaliyyət göstərir. Oraya da getmək çox maraqlı olardı, amma təqribən iki gün ərzində hər yerə yetişmək də mümkün deyil.

Şəhəri bərabər olmayan iki hissəyə ayıran Reynin sahilinə enirik. Çayın sol sahilində, Oberkassel rayonunda, gündəlik qaçhaqaçdan və dəstə-dəstə turistlərdən uzaqda yaradıcı bohema ( o cümlədən A.Qurski) yaşayır. Düsseldorfun iki hissəsi Oberkassel körpüsü ilə birləşib. 1898-ci ildə inşa edilən bu körpünün başına çox qəziyyələr gəlib. 1945-ci ildə vermaxtın geri çəkilən qoşunları tərəfindən partladılıb. Sonra onun yerində yüngül müvəqqəti körpü inşa edilib. Reynin axını ilə azacıq yuxarıda isə daimi körpünün tikintisinə başlanıb. 1976-cı ildə yeni körpü hazır olanda müvəqqəti körpü uçurulub. Sonra daimi körpünün indiki yerinə köçürülməsi üzrə nadir əməliyyat həyata keçirilib. Çəkisi 12500 ton olan konstruksiyanı 47,5 metr məsafəyə köçürüblər.

Düsseldorfun sağ sahilində gəzişərkən yerli heykəltəraş, müasirimiz Bert Gerreshaymın tuncdan yaratdığı və şəhərə həsr etdiyi maraqlı kompozisiyasına rast gəlirik. Alleqorik formada yaradılan abidə şəhərin tarixinin dönüş dövrünü - 1288-ci ildə Vorringen ətrafında baş vermiş döyüşü təsvir edir. Düsseldorfa şəhər statusu bu döyüşün nəticələrinə əsasən verilib.

Saysız-hesabsız restoranların, “Appolo” varyete teatrının və Şimali Reyn-Vestfaliya əyalətinin parlamentinin yanından keçib medialiman deyilən yerə çatırıq. Düsseldorf sakinləri köhnə liman şəhərini bir neçə il ərzində qəşəng rayona çeviriblər. Anbarların yerində reklam agentlikləri, bədii qalereyalar, moda evləri və restoranlar yerləşir. Məşhur Amerika arxitektoru Frenk Gerinin layihəsi əsasında dekonstruktivizm üslubunda inşa edilən üç binadan ibarət kompleks bu rayonun döyünən qəlbinə çevrilib. Bu rəngarəng ultramüasir tikililər həyatın ləzzətini başa düşən və ondan zövq almağı bacaran Düsseldorfun rəmzinə çevrilib.

Təəssüf ki, medialimana gedib çıxa bilmədik - vaxtımız çatmadı. Yeri gəlmişkən, Düsseldorfda çox şeyə macal tapmadıq, ancaq kefimizi pozmadıq. Yenidən bura qayıdıb çoxşaxəli Düsseldorfun bizə doğmalaşan küçələrindən yeni marşrutla keçmək üçün indi çox yaxşı səbəbimiz var.

Sözardı yerinə, yaxud ilboyu xizəklər

Düsseldorfda olduğumuz müddətdə macal tapıb getdiyimiz daha iki maraqlı məkandan danışmaq istəyirəm. Bəlkə siz də bu yerlərə getmək istəyərsiniz. Sonuncu axşam Düsseldorfun nüfuzlu rayonunda yerləşən, şəhərin ən yaxşı restoranlarından biri sayılan “Victorian”a getdik. Yaraşıqlı interyerə yumşaq və rahat divanlar, antik güzgülər və ekzotik bitkilər daxil idi. Şef-aşpaz müsafirləri qeyri-adi dadı və qoxusu ilə fərqlənən ləzzətli təamlara qonaq edirdi. Ləziz hazırlanmış tunes və dorado balığı, habelə dadlı desertlər çox xoşumuza gəldi. 

Ənənəyə uyğun olaraq, ekskursiya turizmini fəal turizmlə uyğunlaşdırmağa çalışırıq. Bu məqsədlə Düsseldorfun yaxınlığında yerləşən “Jever Skihalle” Açıq Dağ-Xizək Mərkəzində olduq. Mərkəzdə qış idmanı həvəskarlarını 22 min kvadratmetr ərazidə ətrafa işıq saçan qar örtüyü gözləyir. Peşəkarlar burada məşq edir, tullanma texnikalarını təkmilləşdirirlər. Naşıların ixtiyarına daha sadə tras verilib. Məntəqədə avadanlıqdan tutmuş geyim və qoruyucu dəbilqələrə qədər zəruri ləvazimat icarəyə verilir. Kompleksin qarşısındakı meydançada kəndir parkı və skalodrom yerləşir. Burada süni maneələrlə müşayiət olunan qayalara doyunca dırmaşmaq olar. Əlqərəz, gününüzü sözün əsl mənasında maraqlı keçirəcəksiniz!

Emil Eyyubov

Foto E.İbrahim

Məxsusi AZƏRTAC üçün

Almaniyanı kəşf edərkən: Düsseldorf - yaşayanda da belə yaşayasan! VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır