Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ağacəkmə aksiyası keçirib
Bakı, 16 mart, AZƏRTAC
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı və agentliyin Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşəbbüsü ilə Bakı-Quba yolunun 32-ci kilometrliyində ağacəkmə aksiyası keçirilib.
ABOEMDA-nın mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində keçirilən aksiyanın məqsədi ekoloji balansın bərpası, atmosferin oksigenlə zənginləşdirilməsi, ətraf mühitin təhlükəsizliyinin və insanların sağlamlığının təmin edilməsi olub. Aksiyada Dövlət Agentliyinin, “Azalternativenerji” MMC-nin və “Azgüntex” zavodunun yüzdən çox əməkdaşı iştirak edib.
Tədbir çərçivəsində mövcud yaşıllıqlara qulluq göstərilib, 1000-ə yaxın yeni ağac əkilərək onların sahəsi artırılıb. Aqrotexniki qaydalara uyğun, səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb. Bundan sonra da yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]