AMEA-da fəaliyyət göstərən alimlər təhsil prosesində iştirak edəcəklər
Bakı, 21 yanvar, AZƏRTAC
Elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində AMEA-da fəaliyyət göstərən alimlər təhsil prosesində yaxından iştirak edəcək, ali təhsil müəssisələrində çalışan müəllimlər isə tədqiqat prosesinə cəlb olunacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabarov çıxışı zamanı deyib.
O, Azərbaycan elminin dünya elminə inteqrasiyasının, dünyanın nüfuzlu elmi reytinq siyahılarında ölkəmizin təmsil olunmasının dövlət başçısının alimlər qarşısında qoyduğu əsas vəzifələrdən olduğunu vurğulayıb. S.Cabarov ölkəmizdə aparılan elmi tədqiqatların nəticələrinin nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda işıq üzü görməsinin, Azərbaycan jurnallarının bu bazalara daxil edilməsi istiqamətində işlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]
BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 14.10.2026 [17:01]
AzTU tələbələri “Türk Dünyası Gənclər Görüşü”ndə iştirak ediblər
- 14.10.2026 [16:32]
İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib
- 14.10.2026 [16:30]