Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amerikalı jurnalist erməni yalanlarına uyan dünya ictimaiyyətini Azərbaycan həqiqətlərini öyrənməyə çağırıb

Amerikalı jurnalist erməni yalanlarına uyan dünya ictimaiyyətini Azərbaycan həqiqətlərini öyrənməyə çağırıb

Bakı, 22 avqust, AZƏRTAC

ABŞ-ın NewsBlaze xəbər portalında Kaliforniya ştatının Qlendeyl şəhərinin separatçı erməni təbliğatının mərkəzinə çevrilməsindən və Azərbaycan həqiqətlərindən bəhs edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, jurnalist Nurit Qringerin qələmə aldığı məqalədə erməni mühacirlərin çox olduğu Qlendeyl şəhərinin mərkəzində tarixə qovuşmuş münaqişənin əks-sədasının hələ də gəlməkdə olduğu qeyd edilib. Vurğulanıb ki, çünki ermənilər Azərbaycanın Qarabağ bölgəsini “Artsax” adlandırmaqla qonşunu qonşuya, xristianları müsəlmanlara qarşı qoyublar. Bolşevik təcavüzü, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və gərgin etnik xatirələri əsasında idarə olunan erməni əsilli amerikalılar münaqişə ilə bağlı beynəlxalq aləmdə qəbul edilmiş həqiqətə məhəl qoymadan “Artsax” davasının ifrat tərəfdarlarına çevriliblər. Onun fikrincə, Qlendeyl şəhərində ermənilərin avtomagistralı bağlamaqla aksiya keçirmələri sonsuz nifrət və inamsızlığı özündə ehtiva edən, gərgin, qütbləşən mübarizənin bariz nümunəsidir.

Ermənilərin apardıqları təbliğatı milyonlarla insanın ölümünə səbəb olan İosif Stalinin və Adolf Hitlerin təbliğatı ilə müqayisə edən müəllif xatırladıb ki, son 30 ildə Ermənistan və ABŞ-dakı erməni lobbisi məhz Azərbaycana qarşı belə nifrət təbliğatı aparmaqdadır.

Müəllif ermənilərin XX əsrin əvvəllərindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları törətmələri, Birinci və İkinci Qarabağ savaşları, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnaməsi, Ermənistanın bu qətnamələrə məhəl qoymaması, Azərbaycan torpaqlarında tarixi, mədəni abidələrin, yaşayış məntəqələrinin məhv edilməsi, ölkəmizin yeni ərazilərin işğalına gətirəcək yeni müharibələrlə hədələnməsi kimi faktları yerli ictimaiyyətin diqqətinə çatdırıb.

Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda yaşayan erməni vətəndaşları ilə əlaqələrin qurulması və Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ardıcıl addımlar atdığına diqqət cəlb edilib. Vurğulanıb ki, Azərbaycanın xoş məramlarına baxmayaraq, Ermənistan indiyədək sülh təşəbbüslərinə və regionda normallaşma prosesinin bərqərar olunmasına əngəllər törədir. Rəsmi İrəvanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın müddəalarına əməl etmədiyi, silahlı qüvvələrini indiyədək Azərbaycan ərazisindən çıxarmadığı, Laçın yolu ilə silah-sursat daşıyan qüvvələri maliyyələşdirdiyi, Azərbaycanın təbii resurslarını qeyri-qanuni olaraq istismar etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın müstəqil dövlət kimi öz Konstitusiyasına və beynəlxalq hüququn normalarına uyğun olaraq təhlükəsizliyini, sərhədləri üzərində suverenliyi təmin etmək, Ermənistanın qanunsuz, təcavüzkar hərəkətlərinin qarşısını almaq üçün Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaratdığı bildirilib. Bu məntəqənin Azərbaycanın Qarabağdakı erməni əsilli vətəndaşlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının, eləcə də Rusiya sülhməramlı kontingentinin keçidini asanlaşdırdığı qeyd edilib.

Ermənistanın isə Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə mütəmadi olaraq “regionda həyəcanlı və gərgin humanitar vəziyyət” barədə yalan məlumatlar yaydığı, təxribatlar törətməyə davam etdiyi bir daha xatırlanıb. Ermənistan tərəfinin iyulun 15-də Azərbaycan sərhədçilərini atəşə tutduğu, iyulun 26-da isə əraziyə qaçaqmal, o cümlədən yük avtomobilləri göndərməyə cəhd etdiyi kimi faktlar buna nümunə olaraq göstərilib.

Qarabağ bölgəsində yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün Azərbaycanın Avropa İttifaqı və BQXK-nın vasitəsilə Ağdam-Xankəndi və digər alternativ yollar təklif etdiyi, Ermənistanın həmişə olduğu kimi, bütün təkliflərə qarşı çıxdığı və alternativ yollara beton sədlər çəkərək əraziyə girişi bağladığı bildirilib.

Müəllif qeyd edib ki, bu davranış ermənilərin humanitar vəziyyətlə bağlı bəyanatlarının şantaj və manipulyasiya niyyəti daşıyan siyasi hiylədən başqa bir şey olmadığını göstərir. Ermənistanın niyyəti regiona üçüncü tərəfləri cəlb etmək və sülh prosesinin iflasa uğramasına səbəb olacağı ümidi ilə coğrafi gərginliyi genişləndirməkdir.

Məqalədə erməni lobbisinin maraqlarına xidmət edən konqresmen Adam Şiffin fəaliyyəti də sərt tənqid edilib. Bildirilib ki, Konqresin üzvü qalmaq üçün erməni səslərinə çox ehtiyacı olan konqresmen Şiff ABŞ-ın etibarlı tərəfdaşı Azərbaycanla bağlı faktları təhrif edir və ictimaiyyətə qəsdən dezinformasiyalar ötürür. ABŞ Dövlət Departamenti və nüfuzlu kütləvi informasiya vasitələri isə konqresmenin bu yolverilməz davranışını ifşa etmir. Hökumət və iri KİV-lər sükan arxasında yatır...

Müəllif hesab edir ki, Ermənistanın hiylə və manipulyasiya orbitində olan, yalan bəyanatlar verməkdə davam edən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edən ölkələr və beynəlxalq təşkilatlar həqiqəti eşitməlidir. Onların əsl faktları öyrənməsi Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkilməsi və ikili standartlar siyasətinə son qoyulması ilə nəticələnə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq