Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ana dilimiz - milli müstəqilliyimizin rəmzi

Ana dilimiz - milli müstəqilliyimizin rəmzi

Bakı, 1 avqust, AZƏRTAC

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən bir sıra əlamətdar günlər kimi 1 avqust tarixi də Heydər Əliyevin təşəbbüsü ilə və onun 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.

Hər bir xalqın dili onun milli identikliyini, özünəməxsusluğunu, müstəqilliyini təsdiq və təmin edən vacib dövlət atributlarından biri və ən başlıcasıdır. Ona görə də bir çox xalqların tarixində öz dilini qoruyub saxlamaq uğrunda mübarizə onların azadlıq və müstəqillik uğrunda apardıqları mübarizənin tərkib hissəsi olub. İmperializm dövrünün xarakterik cəhətlərindən biri fəth edilmiş ərazilərdə yaşayan xalqların öz dillərindən istifadə imkanlarını məhdudlaşdırmaq və bu yolla həmin xalqları assimilyasiyaya məruz qoymaqdan ibarət idi. Digər xalqlar kimi bizim tariximizdə də müstəqillik uğrunda mücadiləmiz ana dilimizi qoruyub saxlamaq və inkişaf etdirmək səylərimizlə bərabər davam edib. Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra ərazilərimizdə rus məktəblərinin açılması, Azərbaycan dilində məktəblərin açılmasına, mətbuat orqanlarının təsis edilməsinə qadağalar qoyulması həmin dövrün ziyalılarını narahat edən milli məsələyə çevrilmişdi. Öz zəkası ilə gələcəyi görən və bütün səylərini xalqı hazırlamağa çalışan M.F.Axundov hələ çarizm dövründə Azərbaycanın ilk milli əlifbasını yaratmağa çalışmışdı. Onun ictimai fikrə gətirdiyi milli ideya sonrakı dövrdə milli maarifçilik hərəkatının ilk möhtəşəm dalğasını yaratdı. Bu dalğada milli identiklik uğrunda mübarizəyə qalxan çoxsaylı ziyalılarımız Axundzadənin milli ideyasını milli ideologiyaya qədər inkişaf etdirə bildilər. ictimai-siyasi həyatımızda öz yerini möhkəmlədən milli ideologiyamız isə öz növbəsində ilk müstəqil milli dövlətimizin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Axundzadədən müsəlman Şərqinin ilk demokratik respublikasınadək keçilən yol bir neçə cümlə ilə ifadə edilə bilsə də, bu yolda çəkilən zəhmətlər və verilən qurbanlar heç də az olmadı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, 1918-ci ildə yaradılmış ilk respublikamız bütün sahələrdə olduğu kimi ana dilimizin inkişaf etdirilməsi üçün də zəruri addımlar atdı. Lakin qısa müddətdən sonra müstəqilliyin itirilməsi yenidən ana dilimizin istifadəsinə məhdudiyyətlərin tətbiq olunması ilə nəticələndi. Ziyalılarımız bütün sovet dönəmində ana dilimizin unudulmaması, məhdud imkanlar daxilində olsa da onun daim inkişaf etdirilməsi üçün mübarizə apardılar. Bəzi hallarda bu onlara həyatları bahasına başa gəlirdi. Lakin dilimizin yaşamasının millətimizin var olmasının ilkin şərti olduğunu dərk edənlər bu mübarizədən çəkinmirdilər.

Deputatın sözlərinə görə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi bu mübarizənin daha səmərəli aparılması üçün yeni imkanlar yaratdı. Azərbaycan dilində məktəblərin sayının artırılması, ana dilimizdə ədəbi-bədii yaradıcılığın geniş vüsət alması, ziyalılarımıza qarşı “millətçilik” damğası ilə aparılan terror siyasətinə son qoyulması da məhz Heydər Əliyev erasının xalqımıza gətirdiyi ilk yeniliklər idi. Bütün bunlarla Heydər Əliyev daha sonrakı məqsədlərə nail olmaq üçün zəmin hazırlayırdı. Hakimiyyətdə olduğu ilk onillik ərzində Heydər Əliyev iqtisadi-sosial inkişaf baxımından 15 müttəfiq respublika arasında geridə qalan Azərbaycanın İttifaqın ən güclü sənaye ölkələrindən birinə çevrilməsini təmin etdi. Nəhayət, 1978-ci ildə o zamanlar üçün gerçəkləşməsi mümkün görünməyən bir təşəbbüslə çıxış edərək ölkəmizin yeni Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit olunmasına nail oldu. O zamanlar Sovet İttifaqının bütün yazılmış və yazılmamış qanunlarına görə bu mümkün hesab olunmurdu. Heydər Əliyev mümkün olmayanı gerçəkləşdirdi. Sonralar bu tarixi hadisə ilə bağlı danışarkən Heydər Əliyev deyirdi: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə olan bir dildir”.

1991-ci ildə müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövrdə Heydər Əliyevin yenidən hakimiyyətdə olduğu illərdə də onun ana dilimizə həssas münasibəti həmişə özünü göstərirdi. “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik” deyən Ulu Öndər dilimizin inkişaf etdirilməsi üçün çoxsaylı təşəbbüslər irəli sürdü və həyata keçirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu 2002-ci il sentyabrın 30-da qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yenidən rəsmən təsbit edildi.

Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edirdi.

“Ümummilli Liderin ana dilimizə həssas münasibəti Prezident İlham Əliyevin apardığı dil siyasətində də davam etdirilir. Bunu ölkə Prezidentinin dilimizin inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar və imzaladığı sərəncamlar bir daha təsdiqləyir.

Prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı və dövlət tərəfindən icra edildi. Prezident İlham Əliyev 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2007-ci il dekabrın 30-da isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar imzaladı və bu sərəncamların icrası ilə həyatımızın bütün sahələrində ana dilinin daha geniş tətbiqi gerçəkləşdirildi. Azərbaycan Prezidenti 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etdi. Gündən günə sürətlənən qloballaşma şəraitində belə bir Dövlət Proqramının qəbul olunması və icrasını ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə hesab etmək olar”, - deyə Cavanşir Feyziyev vurğulayıb.

Dili daim inkişafda olan mütəhərrik bir fenomen adlandıran deputat əlavə edib: “Daim dəyişməkdə olan zaman hər bir xalqın dilini də mütəmadi dəyişikliklərə məruz qoyur. İnnovativ texnologiyaların həyatımıza daxil olması bizim dilimizə də təsirsiz ötüşmür. Bunu nəzərə alan Prezident İlham Əliyev 2018-ci il iyulun 17-də “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Bu Sərəncamın icrası Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqləyir. Beləliklə, ana dilimizlə bağlı dövlət səviyyəsində görülən tədbirlər və qəbul edilən qərarlar milli varlığımızın aynası olan dilimizin daim təkmilləşdirilməsini və qorunub saxlanmasını tam təmin edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir