ANAMA vakant vəzifələrin tutulması məqsədilə sənəd qəbulu elan edib
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə vakant vəzifələrin tutulması və ehtiyat siyahısının yaradılması məqsədilə ali təhsilli, bir ildən çox iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, namizədlərin coğrafiya və riyaziyyat fənləri istiqamətli (2-ci qrup) ali təhsilin və “MS Office” proqramlarını bilməsi mütləqdir. Seçim zamanı “ArcGİS” proqramı və orta səviyyədə ingilis dili üzrə biliklərə malik namizədlərə üstünlük veriləcək. Qeyd edilən vakant vəzifələr agentliyin işğaldan azad edilmiş ərazilərində yerləşən struktur bölmələrindədir.
Maraqlananlar əlaqə telefonunu qeyd etməklə şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini (olduğu halda) [email protected] ünvanına göndərməlidir.
Sənəd qəbulu avqustun 15-dək aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]