ANKARADA XOCALI SOYQIRIMI İLƏ BAĞLI BİR SIRA TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, Xocalı faciəsinin 15-ci ildönümü il əlaqədar səfirlikdə xüsusi tədbirlər planı hazırlanmışdır.
Türkiyə Böyük Millət Məclisinin binasında Xocalı soyqırımından, ermənilərin türklərə qarşı törətdikləri qətliamlardan bəhs edən sərgi təşkil olunacaq, parlamentin iclasında deputatlar bu faciə ilə bağlı çıxışlar edəcəklər. Fevralın 26-da Ankaranın qəhrəmanlıq rəmzi olan Esrerqon qalasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulacaq, burada mitinq təşkil olunacaqdır.
Xocalı faciəsinin ildönümü ilə bağlı Bilkənt simfonik orkestrinin konserti də təşkil olunacaqdır. Matəm musiqisini dinlədikdən sonra mərasim iştirakçıları bu faciədən bəhs edən filmə da tamaşa edəcəklər. Bundan başqa, Ankarada təhsil alan azərbaycanlı tələbələr Türkiyə paytaxtının “Kızılay” meydanında böyük mitinq keçirəcəklər.
Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən qəbul olunmuş qətnamə isə Türkiyə Böyük Millət Məclisinə göndəriləcəkdir.
Zakir Həşimov bir sıra telekanallara və qəzetlərə Xocalı soyqırımı ilə bağlı müsahibələr verəcəkdir. Səfirliyin bu qanlı faciə ilə bağlı hazırladığı mətbuat açıqlamaları Türkiyə Xarici İşlər Nazirliyi və Ankaradakı diplomatik korpusa göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]