Anna Malyar: Ukrayna hərbçiləri cəbhənin bəzi bölgələrində əks-hücum əməliyyatlarına keçir
Kiyev, 5 iyun, AZƏRTAC
Ukrayna hərbçiləri cəbhənin bəzi bölgələrində əks-hücum əməliyyatlarına keçir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
“Müdafiə əməliyyatı əks-hücum hərəkətləri də daxil olmaqla hər şeyi ehtiva edir. Ona görə də bəzi bölgələrdə biz hücum hərəkətlərinə keçirik”,- deyə Malyar əlavə edib.
Malyar qeyd edib ki, Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır. Orada ukraynalı döyüşçülər kifayət qədər geniş cəbhəboyu hərəkət edirlər. Eyni zamanda, rus işğalçıları müdafiəyə keçərək öz mövqelərini saxlamaq istəyirlər. Cənubda da düşmən müdafiəyə keçir. Orada yerli döyüşlər davam edir.
Müdafiə nazirinin müavini onu da qeyd edib ki, işğalçılar diqqəti Baxmut istiqamətində məğlubiyyətdən yayındırmalı olduqları üçün əks-hücumla bağlı məlumatı aktiv şəkildə yayırlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]