“Antalyaspor” “Gənclərbirliyi” ilə heç-heçə edib
Bakı, 10 mart, AZƏRTAC
Martın 9-da Türkiyə Superliqasının XXV turunun yekun qarşılaşmasında “Antalyaspor” səfərdə “Gənclərbirliyi”nin qonağı olub.
AZƏRTAC xəbər verir ki, gərgin keçən qarşılaşmada tərəflər hər biri bir qol vuraraq heç-heçə ediblər. Antalya təmsilçisinin qolunu Lukas Podolski (82) vurub. “Gənclərbirliyi” klubunun heyətində isə Covani Sio fərqlənib.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 52 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 49 xalla iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (43 xal), “Alanyaspor” (40 xal), “Fənərbağça” (40 xal) və digər komandalar gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]