Antonio Quterreş: Rusiyanın taxıl sazişindən çıxması qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərəcək
Roma, 25 iyul, AZƏRTAC
İtaliya Prezidenti Sercio Mattarella Romada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşüb.
AZƏRTAC xəbər verir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin də iştirak etdiyi görüşdə İtaliya və BMT münasibətləri nəzərdən keçirilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı mərkəzi qərargahında keçirilən Qida Sistemləri Sammitinin çıxış edən A.Quterreş dünyada 780 milyondan çox insanın aclıqdan əziyyət çəkdiyini, istehsal olunan qidanın təxminən üçdəbirinin israf edildiyini bildirib. BMT-nin Baş katibi Rusiyanın taxıl sazişindən çıxmasının qlobal ərzaq təhlükəsizliyi və ərzaq qiymətlərinin sabitliyinə mənfi təsir göstərəcəyini deyib.
Antonio Quterreş sammit çərçivəsində İtaliyanın Baş naziri Ciorcia Meloni ilə də görüş keçirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma