“Aqrarkredit” QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım aksiyasına qoşulub
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi sahəsində uzun müddət fəaliyyət göstərən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı sosial məsuliyyətli prinsiplərə sadiq qalaraq koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək
Fonduna 100 min manat məbləğində vəsait köçürüb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən “Aqrarkredit” QSC vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]