“ARARAT” TÜRKİYƏDƏ GÖSTƏRİLMƏYƏCƏK
Bədii filmin əsas mövzusu keçən əsrin birinci yarısında Osmanlı İmperiyasında ermənilərə qarşı guya “soyqırım” törədildiyindən bəhs edir. Türkiyənin “Belqe film” özəl kinofilm şirkəti bu filmi Türkiyədə nümayiş etdirmək hüququnu almışdır. Lakin filmin ölkədə göstərilməsinə Mədəniyyət Nazirliyi icazə verməlidir. Mədəniyyət naziri Erkan Mumcu bu məsələ ilə əlaqədar bəyənatla çıxış etmişdir. Nazir filmin qeyri-obyektiv və heç bir tarixi fakta əsaslanmadığını vurğulamış, amma Türkiyənin demokratik bir ölkə olduğuna görə “Ararat” filminin göstərilməsinə icazə verildiyini bildirmişdir.
Mədəniyyət nazirinin bu bəyənatından sonra “Belqe film” şirkəti də bəyənat vermişdir. Şirkət ictimai rəyləri nəzərə alaraq, məkrli məqsəd güdülən bu filmin ölkədə göstərilməməsini qərara almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]