“Araz Naxçıvan” futzal klubu bu gün Çempionlar Liqasında ilk oyununu keçirəcək
Bakı, 23 avqust, AZƏRTAC
Bu gün "Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı ilk sınağında Türkiyənin "İstanbul Şişli" klubu ilə qarşılaşacaq. Latviyanın Salaspils şəhərindəki eyniadlı idman arenasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Bu qrupun digər matçında ev sahibi ölkənin təmsilçisi “Riqa” Almaniyanın “Yan Reqensburq” kollektivini sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ
A qrupu, I tur
23 avqust
15:00. “Araz-Naxçıvan” (Azərbaycan) - “İstanbul Şişli” (Türkiyə)
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino).
Salaspils. Salaspils İdman Arenası.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]