“Araz-Naxçıvan” futzal klubu iştirak ərizəsini UEFA-ya təqdim edib
Bakı, 18 avqust, AZƏRTAC
Gələn həftə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim edib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla 14 futzalçını səfərə aparacaq.
İştirak ərizəsinə aşağıdakı oyunçuların adları daxil edilib.
Qapıçılar: 1. Emin Kürdov, 12. Luka Pavloviç
Oyunçular: 3. Tofiq Mikayılov, 6. Ninoslav Aleksiç, 7. Lukas Freitas, 8. Felipinyo, 9. Lazer Milosavljeviç, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Lopes, 20. Amadeu, 21. Katatau
“Araz-Naxçıvan”ın oyunlarının təqvimi
23 avqust
15:00. “Araz-Naxçıvan” - “İstanbul Şişli” (Türkiyə)
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils İdman Arenası.
24 avqust
15:00. “Yan Regensburq” (Almaniya) - “Araz-Naxçıvan”
Hakimlər: Drazen Vukçeviç, Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya)
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils İdman Arenası.
26 avqust
18:00. “Riqa” (Latviya) - “Araz-Naxçıvan”
Salaspils İdman Arenası
Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək.