Argentinada qırmızı kart hakimin ölümü ilə nəticələnib
Bakı, 16 fevral, AZƏRTAC
Argentinada görünməmiş hadisə baş verib.
AZƏRTAC “goal.com” saytına istinadla xəbər verir ki, hadisə Kordova şəhərində yaşanıb. Belə ki, regional liqada gedən futbol matçı zamanı oyunun referisi 25 yaşlı idmançıya qırmızı kart göstərib. Qovulan futbolçu az keçməmiş əsəbi halda meydana qayıdıb və 48 yaşlı hakim Sezar Floresə odlu silahdan üç atəş açıb. Başı, boğazı və sinəsindən güllələnən referi yerindəcə həlak olub. Daha bir oyunçu isə yaralanıb.
Hazırda hüquq mühafizə orqanları tərəfindən hadisənin səbəbkarına axtarış elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]