Argentinada Xocalı soyqırımı anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 25-də burada Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Argentina ictimai-siyasi dairələrinin, gənclər qurumlarının, qeyri-hökumət təşkilatlarının, ölkədəki müxtəlif dini icmaların, KİV nümayəndələrinin və Azərbaycan icmasının qatıldığı tədbirdə səfir Məmməd Əhmədzadə çıxış edərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz, xüsusilə də Xocalı soyqırımı barədə danışmışdır. Argentinada səfərdə olan Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov da Xocalı soyqırımı və onun qurbanları ilə bağlı xatirələrini söyləmişdir.
Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş Xocalı soyqırımının dəhşətlərini əks etdirən “Dua” sənədli filmi göstərilmişdir.
Filmin nümayişinin ardınca “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Argentinada yaradılmış internet saytı http://www.justiciaparajodyali.org.ar iştirakçılara təqdim edilmişdir.
Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən fotosərgi də nümayiş olunmuşdur.
Səfir M.Əhmədzadə tədbirə qatılmış müxtəlif KİV nümayəndələrinə soyqırımı ilə əlaqədar müsahibə vermişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]